Tarix : 2011 Oct 12
Kod 25948

“Hakimiyyət qanunsuz tədbirlə mövcudluğunu qorumağa cəhd edir” – Bəyanat

KXCP Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev...
well/Aran agentliyi

 

 

KXCP Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə və Seyyid Fəramiz Abbasov azadlıqdan məhrum edilməsi haqda Məhkəmə hökmünə etiraz bəyanatı qəbul edib.

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Mövcud avtoritar rejim, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş insan və vətəndaş hüququ və azadlıqlarına məhəl qoymur, demokratik dəyərlərə əhəmiyyət vermir. KXCP hakimiyyətin qondarma cinayət işlərindən istifadə edərək, özünə müxalif fəalları azadlıqdan məhrum etməklə, onun mənfur siyasəti ilə barışmayan dindarların etiqad və vicdan azadlığına müxtəlif formada moratorium qoymaqla və s. bu kimi qanunsuz tədbirlərlə mövcudluğunu qorumağa cəhd kimi qiymətləndirir. KXCP, vicdan məhbuslarının dərhal azad edilməsini tələb edir, xalqımızı və bütün beynəlxalq aləmi Azərbaycanda demokratik düşüncəli insanların qanunsuz həbslərinə qarşı biganə qalmamağa çağırır”.

  • Yazılıb
  • da (də) 2011 Oct 12