Tarix : 2011 Oct 12
Kod 25950

Azərbaycan Respublikasında iddia olunan azadlıq dindarlara da şamil olmalıdır

AİP sədri doktor Mövsüm Səmədov öz ölkəsinin tarixi kimliyini və mədəniyyətini qorumağa çalışan şəxslərdən idi və bu günləri zindana salınmışdır
well/Aran agentliyi

 

AİP sədri doktor Mövsüm Səmədov öz ölkəsinin tarixi kimliyini və mədəniyyətini qorumağa çalışan şəxslərdən idi və bu günləri zindana salınmışdır.

"Arannews"in məlumatına görə Təbriz Universiteti İran Mədəniyyəti və Tarixi İnsitutunun müdiri doktor Pərğu "Gülüstan müqaviləsi, səbəb və nəticələr" mövzusu ilə bağlı keçirilən elmi yığıncaqda tarixi məsələləri elmi toplantılarda araşdırmağı hazırkı zamanın tələblərindən olduğunu bildirib dedi: "İranın Qafqazda hazırkı vəziyyətini araşdırmaq və onu İran mədəniyyət və tarixinin Qafqazda yeri ilə müqayisə etmək, bu elmi toplantının əsas hədəflərindəndir".

Doktor Pərğu tarixi proseslərdə öncül şəxsiyyətlərin roluna işarə edərək dedi: "Əmir Kəbir kimi şəxsiyyətlərin İran tarixində önəmli xidmətləri olduğu kimi bu günləri İran mədəniyyəti hövzəsində yerləşən ölkələrdə də öz ölkələrinin tarixi kimlik və mədəniyyətini qorumağa çalışan şəxsiyyətlər mövcuddur. Lakin təəssüflər olsun ki, belə şəxslər bəzi ölkələrdə dövlətin onlara qarşı bərk narahatlığı ilə qarşılaşırlar".

İran Mədəniyyəti və Tarixi İnsitutunun müdiri AİP sədri doktor Mövsüm Səmədov kimi şəxslərin Azərbaycanda səylərinə işarə edərək dedi: "Hal-hazırda Azərbaycan Respublikasında bu ölkənin tarixi kimliyi və mədəniyyəti ilə ciddi mübarizə aparılır. Habelə, İslam və bu ölkənin ayrılmaz hissəsi saylan şiə məzhəbinə qarşı çoxlu məhdudiyyətlər qoymuşdur. Bu proseslərin sonunda məktəblərdə hicabın qadağan olması və doktor Mövsüm Səmədovun bu qadağaya etiraq etdiyi üçün 12 il müddətində azadlıqdan məhrum edilərək zindana salınması olduqca təəccüb və təəssüf doğurur".

Doktor Pərğu Azərbaycan Respublikasında iddia olunan azadlığın dindarlara da şamil olmasının vacibliyini bildirib dedi:  "Rzaxanın hicabla mübarizəsi nəticəsiz qaldığı və İran xalqının islami bir inqilabla öz dini etiqadlarına bağlı qala bildikləri kimi Azrbaycan Respublikasında da hicabla mübarizə nəticəsiz qalacaq və məzlumlar barədə olan ilahi vəd mütləq gerçəkləşəcəkdir".

Qeyd edək ki, "Gülüstan müqaviləsi, səbəb və nəticələr" mövzusu ilə bağlı keçirilən elmi yığıncaq çərşənbə günü 12 oktyabrda Təbriz Universitetində keçirildi.

  • Yazılıb
  • da (də) 2011 Oct 12