Tarix : 2011 Oct 12
Kod 25951

Gülüstan müqaviləsi ilə bağlı keçirilən elmi toplantı: ''Gülüstan müqaviləsi və İran-İslam kimliy...

Azərbaycan Respublikasında hicab qadağası və bu qadağaya etiraz edənlərə zindan hökmünün oxunmasını, Gülüstan müqaviləsinin acı nəticələri sırasında araşdırmaq olar
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında hicab qadağası və bu qadağaya etiraz edənlərə zindan hökmünün oxunmasını, Gülüstan müqaviləsinin acı nəticələri sırasında araşdırmaq olar.

"Arannews"in məlumatına görə Aran Beynəlxalq Araşdırmalar İnsitutu və Təbriz Universiteti İran Mədəniyyəti və Tarixi İnsitutunun təşkilatçılığı və çoxlu universitet tələbə və müəllimlərinin iştirakı ilə "Gülüstan müqaviləsi, səbəb və nəticələr" mövzusunda elmi toplantı keçirildi.

Aran Beynəlxalq Araşdırmalar İnsitutunun müdiri Həsən Qulu, toplantının məqsədini izah etməklə yanaşı dedi: "Gülüstan müqaviləsi və ona bağlı olan məsələlər müxtəlif yönümlərdən yenidən baxılmağa və elmi konfranslara ehtiyaclıdır".

Həsən Qulu, İranın Qafqaz regionu, xüsisilə də Azərbaycan Respublikası ilə tarixi, mədəni, məzhəbi ortaqlıqlarını, həmçinin bu regionun strateji və geopolitik mövqeyini Qafqazın İran üçün əhmiyyətli olması dəlillərindən olduğunu bildirdi.

Aran Beynəlxalq Araşdırmalar İnsitutunun müdiri, Gülüstan və Türkmənçay müqavilələri əsasında Qafqazın İrandan ayrılmasının acı nəticələrinin indi də müşahidə olunmasına işarə edərək dedi: "İranın qızıl yataqlı və zəngin Qafqazdan məhrum olması, Xəzər dənizində sahibliyinin sarsılması, Gülüstan müqaviləsinin İrana olan mənfi təsirlərinin bir hissəsidir".

Qafqaz məsələləri üzrə ekspert Həsən Qulu çıxışının davamında dedi: "Gülüstan müqaviləsinin  ən acı təsiri Qafqaz regionunun İran-İslam kimliyi və mədəniyyəti üzərində oldu. Belə ki, bu regionun ayrılmasından indiyə kimi bu kimlik və mədəniyyət üzərində çoxlu problemlər yaradılıb və indi də Azərbaycan xalqına qarşı məktəblərdə hicab qadağası, hicab qadağasına etiraz etdiklərinə görə islamçı fəalların, o cümlədən AİP sədrinin uzun müddətli həbs cəzasına layiq görülməsi kimi dini məhdudiyyətlər, bu regionun İran-İslam mədəniyyətinin üzləşdiyi ziyanlardandır".

 

  • Yazılıb
  • da (də) 2011 Oct 12