Tarix : 2011 Oct 14
Kod 25963

Pul ver sənə ''prava'' düzəldim...

Şəmkir sakini sürücülük vəsiqəsi düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyib
well/Aran agentliyi

 

İslamazeri.az-ın "Kəpəz" TV kanalına istinadən verdiyi məlumata görə, Şəmkirdə dələduzluqla məşğul olan şəxs saxlanılıb.Rayon sakini Emin Abbasov vətəndaşların etimadını qazanaraq onların pulunu, qızıl-zinət əşyalarını ələ keçirib. Şəmkirin Dəllər-Cırdaxan kənd sakini Emin İsfəndiyar oğlu Abbasov həmyerlisi Ərşad Misirxan oğlu Abbasovun sürücülük vəsiqəsini dəyişdirəcəyini vəd edərək onun 500, Dəllər qəsəbə sakini Elnur Valerik oğlu Məmmədovun isə 320 manat pulunu alıb.

Zərərçəkənlərin ərizəsi əsasında saxlanılan Emin Abbasovun daha bir neçə şəxsə də müxtəlif yollarla ziyan vurduğu müəyən edilib.Saxlanılan Emin Abbasov isə özünü təqsirli bilməyib. O, sakinlərin saysız-hesabsız şikayətlərini əsassız sayıb. Hazırda Emin Abbasovun əməlindən ziyançəkənlərin sayı 8 nəfərdir.

Baş müstəntiq Bəxtiyar Rəhimov bu sayın artacağını istisna etməyib.Daha sonra Emin Abbasov əməllərini etiraf edib. O dəymiş ziyanı ödəyəcəyini vəd edib.Aşkarlanan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

  • Yazılıb
  • da (də) 2011 Oct 14