Tarix : 2011 Oct 14
Kod 25964

İsrail ilə Türkiyə arasındakı böhran, PKK terror təşkilatının işinə yarayıb

Türkiyənin PKK-ya qarşı reallaşdırdığı hava və quru əməliyyatları davam etdiyi bir vaxtda, hər keçən gün gücünü itirən terror təşkilatına İsraildən şok edən bir dəstəyin gəldiyi yazılır
well/Aran agentliyi

Türkiyənin PKK-ya qarşı reallaşdırdığı hava və quru əməliyyatları davam etdiyi bir vaxtda, hər keçən gün gücünü itirən terror təşkilatına İsraildən şok edən bir dəstəyin gəldiyi yazılır.İslamazeri.az-ın verdiyi xəbərə görə, "Sonsayfa.com"-un əldə etdiyi gizli məlumatlara əsasən İsrailin PKK-ya son model silahlar və hərbi təyyarələrin verdiyi yazılır. Bundan başqa İsrailin PKK terror təşkilatına təhsil sahəsində də dəstək verdiyi bildirilir. İsrailin bu gizli planla Türkiyədə vətəndaş müharibəsi yaratmaq istədiyi iddia edilir.

 

İsrail “satmırıq”, Türkiyə “almırıq” komediyası

Mayın 4-də İsraildə dərc olunan “Jane's Defence Weekl” dərgisinin yazdığına görə, İsrail Müdafiə nazirliyinin ixracat və tenderdən məsul orqanı “SIBAT” İsrailin Türkiyəyə silah embarqosu tətbiq edəcəyini eşitdirmişdi. Aradan altı ay keçdikdən sonra, Türkiyənin Milli Müdafiə Sənayesi Məsləhətçisi Murad Bayar  açıqlama verərək artıq Türkiyənin İsraillə silah razılaşması etmədiyini söyləmişdi. Hər iki ölkənin bu açıqlamaları silah ticarətindəki komediya ölçüsünü nümayiş etdirdi.

 

Cənub-şərqdə provokasiya cəhdləri

Digər tərəfdən PKK terror təşkilatı ilə Türk Silahlı Qüvvətləri arasında qarşıdurmalar artarkən, xalq arasına qarışan təşkilat mənsublarının xüsusilə Cənub-şərqdə xalqı ayağa qaldırmağa hesablanmış provakativ addımlar atdığı bildirilir.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Oct 14