Tarix : 2011 Oct 14
Kod 25967

MƏKTƏBLİNİN HİCAB PROBLEMİ

Məktəblilər üçün vahid forma var. Uşaqlar məktəbə həmin formada gəlməlidirlər. Həmin məktəbli formasına isə hicab daxil deyil
well/Aran agentliyi

 

 “Məktəblilər üçün vahid forma var. Uşaqlar məktəbə həmin formada gəlməlidirlər. Həmin məktəbli formasına isə hicab daxil deyil”.

Bunu açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib. O bildirib ki, hazırda paytaxtdakı məktəblərə hicabla gəlmək istəyən cüzi sayda şagird var: “Biz də onları başa salırıq ki, məktəbə belə gəlmək olmaz”.

Azsaylı hicablı şagirdlərin məktəblərə buraxılıb-buraxılmaması ilə bağlı suala isə N. Rzaquliyeva “məncə, buraxılmırlar” cavabını verib

  • Yazılıb
  • da (də) 2011 Oct 14