Tarix : 2011 Oct 15
Kod 25970

Dövlətin qərarına məhəl qoymayan müəllimlər Hicaba olan nifrətlərini gizlədə bilmirlər

Hacettepe Universiteti başda olmaqla bəzi universitetlərdə, dərslərə hicab ilə girən şagirdlərə 'protokol' təzyiqi edilir
well/Aran agentliyi

Azadxeber.az saytının Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin Hacettepe Universitetində oxuyan bir qrup şagird, bir məlumat nəşr edərək hicab qadağasının davam etdiyini söylədi. Bəzi hissələrdə qadağanın qatı bir şəkildə tətbiq olunduğu, şagirdlərin dərslərdən çıxarıldığı bildirilir. Bəzi müəllimlərin, danışmaq üçün gələn şagirdləri hicablı olduğundan otaqlarına qəbul etmədiyidə söylənildi. İddialara görə bəzi müəllimlər, dərsdən çıxarmaq istədikləri hicablı şagirdlərə təhqirə çatan davranışlar edirlər. İstanbulun Sabahattin Zaim Universitetində akademik ili açılış mərasimində iştirak edən YÖK Başkanı Prof. Dr. Özcan bu mövzunu şəxsən dilə gətirdi.

"Üniversitelərdəki hicab qadağasını heç bir zaman qəbul etmədiklərini söyləyən Özcan, "30-35 nəfər müəllimin hələ buna qarşı qadağası var, onları yaxından təqib edirik. Yaxında bu məsələ də öz həllini tapacaq." dedi.

Qeyd edək ki, Türkiyədə illərdir tətbiq olunan məktəb və universitetlərdə olan Hicab qadağası bu il nisbətən yüngülləşib. Buna baxmayaraq bu problem hələdə köklü olaraq həll edilməyib.

  • Yazılıb
  • da (də) 2011 Oct 15