Tarix : 2011 Oct 15
Kod 25976

Din və vicdan məhbusları haqqında kitab hazırlanıb!

Gündən-günə şölələnən etiraz dalğalarında iqtidar islahat aparıb, müsəlman xalqın alim, ziyalı və qeyrətli cavanlarının tələblərinə cavab vermək əvəzinə...
well/Aran agentliyi

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsnin sədri, Quran və Hüquq üzrə doktoranturada təhsil alan, Höccətül-İslam Faiq Vəlizadə Sizinyol.com saytının müxbiri ilə müsahibəsində ölkədə son günlərdə davam edən repressiyalar haqqında deyib: “İqtidar müsəlman xalqımızın imanlı, qəhrəman, mübariz və şücaətli alim və cavanlarını şərləyib zindanlara atmaqla özlərini həm xalqımızın gözündə, həm də dünyanın azadlıqsevər ictimaiyyətinin nəzərində tam şəkildə aşağı saldı. Daxildə və xaricdə gözdən düşmüş iqtidar artıq nə edəcəyini bilmir. Gündən-günə şölələnən etiraz dalğalarında iqtidar islahat aparıb, müsəlman xalqın alim, ziyalı və qeyrətli cavanlarının tələblərinə cavab vermək əvəzinə, öz “qolçomaqlarına” dəyənək verib səsini çıxaranları döyməklə məşğuldur. Amma iqtidar bunu da bilisn ki, bizim cavanlarımız tarix boyu bu qədər təzyiqə dözməyib. Qorxun o gündən ki, dəyənək müsəlman xalqın öz əlində olsun!”

Müdafiə Komtəsinin sədri tezliklə din, azadlıq, vicdan və müstəqillik fəryadı çəkdiyi üçün şərlənərık həbs olunmuş məhbuslar haqqında xalqa məlumat verən “Azərbaycanın mübariz və şücaətli gəncləri” adlı kitabın birinci cildinin işıq üzü görəcəyini vurğuladı. Komitə sədri bu haqda əlavə etdi: “Bu Kitab ölkəmizin müasir demakratiya və müstəqillik dövründə hakim partiyanın öz müsəlman xalqına tutuduğu divandan söz açır və müharibə şəraitində olduğumuza baxmayaraq, hüququ pozulmuş mübariz, şücaətli və imanlı gənclərin iqtidar tərəfindən hansı təzyiqlərə, böhtan və haqsızlıqlara məruz qalması haqqında geniş oxucu kütləsinə məlumat çatdırır, bəzi təhlillər verir.” Hüquq müdafiəçisi sözünün axırında əlavə etdi: “Kitabda vicdan, din, örpək, azadlıq və müstəqillik şüraına görə həbs olunmuş bütün məhbuslardan söz açlır və onların şücaəti və qəhrəmanlığı haqqında məlumat verilir. Kitab bir necə cilddə çap olunacaq və gələcəkdə rus, ingilis və ərəb dillərinə də tərcümə ediləcək. Bu birinci hissədir. Səbəbi də odur ki, həbs olunmuş qeyrətli, mübariz və imanlı alim və gənclərimizin bir dəstəsi hələ də nahaq yerə istintaq işgəncələri altındadır və məlum deyil ki, öz müsəlman xalqına düşmən kəsilmiş bu günkü iqtidar onların başına nə oyun açacaq. Ona görə də necə deyərlər “Davam edir 37” – mövzusunda hazırlanan bu kitabı iqtidarın ağıllı və tədbirli planları ilə ümumiyyətlə ləğv etmək olar. Amma, zülmün, haqsızlığın, böhtan və şər kampaniyasnın davamı belə kitabları onlarca cildə çatdıra bilər. Kitab bütün dünyada həmvətnlərimizin və hüquq müdaifəçilərinin ixtiyarında qoyulacıq.”

PS. Dindar məhbusların ailələri və bütün yaxınlarından xahiş olunur ki, məhbuslarla bağlı materialları, fotoşəkilləri info@Hicab.org elektron ünvanına göndərsinlər.

Sizinyol.com saytının muxbiri

2011-10-14

Hicab.org

  • Yazılıb
  • da (də) 2011 Oct 15