Tarix : 2011 Oct 15
Kod 25988

Hacı Tale Bağırovun məhkəməsi keçirilib

Hicabın azadlığı uğrunda müqavimət göstərən və bu mübarizəni davam etdirən bütün möminlərə salam olsun
well/Aran agentliyi

 

Hicabın azadlığı uğrunda müqavimət göstərən və bu mübarizəni davam etdirən bütün möminlərə salam olsun.

Oktyabrın 14-ü 6 mayda Hicab qadağasına etiraz aksiyasında həbs olunan İlahiyatçı Hacı Tale Bağırov və Bərdə rayon Məscidinin imam camaatı Məşədi Elşən Abbasovun məhkəmələri keçrilmişdir.

Proses Nərimanov məhkəməsində saat 11-də başlamışdır. Bu haqqda Xeber7.com-un məhkəmədə iştirak edən müxbiri məlumat vermışdir.

Məhkəmə açıq keçrilmiş, məhbusların vəkilləri prosesdə iştirak etməmişdir. Məhkəmədə vəkilin və yaxınlarının iştirak edə bilməmələrinə səbəb məhkəmə yerinin bilərəkdən düzgün deyilməməsi olub. Hər məhkəmədə olduğu kimi yalan ittihamlar irəli sürülmüş, heç bir tutarlı dəlillər göstərilməmişdir.

Məhkəmə 2 həftə sonraya yəni, bu ayın 28-nə təyin olunmuşdur.

Proses zamanı Xeber7.com-un müxbiri Hacı Tale Bağırov və Məşədi Elşən Abbasovla görüşməyə müvəffəq olmuşdur. Onlar hicabın azadlığı uğrunda müqavimət göstərən və bu mübarizəni davam etdirən bütün möminlərə salamlarını çatdırmağı və bu mübarizənin davam edəcəyini bildirmişlər.

Qeyd edək ki, hicab məhbuslarına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur.

  • Yazılıb
  • da (də) 2011 Oct 15