Tarix : 2011 Oct 15
Kod 25992

Böyük Rəhbər: İİR düşmənlərin ekspansionizmi qarşısında geri oturmayacaqdır

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının düşmənin fitnəkarlıqları qarşısında dayanmasına işarə edərək belə vurğulayıblar: İİR zalımlar qarşısında dayanacaqdır və geri oturmayacaqdır
well/Aran agentliyi

 

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının düşmənin fitnəkarlıqları qarşısında dayanmasına işarə edərək belə vurğulayıblar: İİR zalımlar qarşısında dayanacaqdır və geri oturmayacaqdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei bu gün şənbə günü (15) oktyabr özlərinin İranın qərbində yerləşən Kirmanşah ostanına səfərinin 4-cü günündə Gilanqərb şəhərinin əzəmətli toplusunda Amerikanın İİR-na qarşı son böhtanlarına işarə edərək belə vurğulayıblar: Düşmən İran xalqını təcrid etmək və İranofobiyanı genişləndirməyə cəhd edir, amma keçmişdə olduğu kimi xalqların Amerika rejiminə qarşı sonsuz nifrət bəsləmələri, habelə xalqın İran xalqının iftixarlı şüarlarına maraq göstərmələrinin artmasından başqa heç nəticə əldə etməyəcək.

Həzrət Ayətullah əl-Üzma Xamenei son günlərdə beynəlxalq sionizmə bağlı olan mediaların İranın terrorizmi himayə haqdakı qalmaqallarını beynəlxalq müstəbidlərin ardıcıl fitnəkarlıqların halqası olduğunu bildirərək belə əlavə ediblər: Onlar bir neçə iranlıya qarşı bir mənasız qərarı irəli sürməklə çalışdılar ki, İİR-ni siyasi təbliğat hücumuna məruz qoysunlar. Amma bu fitnəkarlıqları da onların başqa hərəkətləri kimi faydasız qalacaq və onların təsəvvürlərinin əksinə olaraq onların özlərinin daha artıq təcrid olunmalarına səbəb olacaqdır.

İslam İnqilabının Böyük Rəhbəri Wall Street hərəkatının Amerikanın müxtəlif şəhərlərində genişlənməsinə işarə edərək ABŞ rəsmilərinə xitabən belə vurğulayıblar: Siz öz xalqınızın yanında belə təcrid olunmuşsunuz və xalqın əksəriyyətindən qorxursunuz, belə olduğu halda faydasız sözlərlə necə İranofobiyanı ümumiləşdirmək istəyirsiniz?

Həzrət Ayətullah əl-Üzma Xamenei İran xalqının müqavimətini alqışlayaraq, xalqların İİR-nın şüarlarına maraq göstərmələri və tərəfdarlıq etmələrinə işarə edərək belə əlavə ediblər: Gün-gündən artan bu şövq müqabilində Amerika başçıları azlıq olan bir faizlik tərəfdarlara malikdirlər və bu həqiqət İİR-nin tam qarşı nöqtəsindədir.

İslam İnqilabının Böyük Rəhbəri çox mühüm Yaxın və Orta Şərq məntəqəsində islami hərəkatın gün-gündən genişlənməsinə toxunaraq belə təkid ediblər: Gələcək İslam dininə aiddir və İslamın bayrağı inşallah bütün regionda dalğalanacaq və region xalqlarından iqtidarlı , müttəfiq və izzətli bir toplu təşkil edəcəkdir.

  • Yazılıb
  • da (də) 2011 Oct 15