Fransa prezidentinin Bakıya olan qısamüddətli səfərinin başa çatmasından bir neçə gün sonra Nikola Sarkozinin Şəhidlər Xiyabanı və Heydər Əliyevin ...
well/Aran agentliyi
Fransa prezidentinin Bakıya olan qısamüddətli səfərinin başa çatmasından bir neçə gün sonra Nikola Sarkozinin Şəhidlər Xiyabanı və Heydər Əliyevin məzarı üstə getməkdən çəkinməsinə reaksiyalar davam edir.
Bakı Xəbər qəzeti yazır: Fransa prezidenti Nikola Sarkozi İrəvanda ermənilərin üzdəniraq "Soyqırımı" memorial kompleksini ziyarət etdi. Lakin, Bakıda olduğu zaman Sarkozi nə Heydər Əliyevin məzarına nə də, Şəhidlər Xiyabanına getməyib.
Bu qəzet Azərbaycan Demokratik Dünya Partiyasının rəhbəri Məhəmməd Əlizadəyə istinadla yazıb: Təəssüflər olsun ki, bu kimi ziddiyyətli rəftarlara malik olan bir rəsmi Bakıda yüksək səviyyədə qarşılanır. Mən belə inanıram ki, Azərbaycan rəsmiləri ilk olaraq Bakıya səfəri zamanı Sarkozinin Heydər Əliyevin məzarı üstə getməsinə və daha sonra Şəhidlər Xiyabanında olmasına səy göstərməli idilər. Sarkozi bu hərəkəti ilə göstərdi ki, birbaşa olaraq ermənilərin mövqeyini himayə edir.
Fransanın Azərbaycan Respublikası müqabilində Ermənistanı tam aşkar formada himayə etməsinə baxmayaraq, Bakı bu ölkə büdcəsindən külli miqdarda vəsait ayıraraq, Azərbaycan Respublikasının kinematoqrafiya sahəsində yenidənqurma işlərinin aparılmasını fransızlara tapşırıb