Tarix : 2011 Oct 15
Kod 25995

Elmar Vəliyevdən məscidə yeni qadağalar

Gəncədə icra başçisi Elmar Vəliyevdən məscidə yeni qadagalar var
well/Aran agentliyi

 

Gəncədə icra başçisi Elmar Vəliyevdən məscidə yeni qadagalar var

Bu haqda  Gəncə inanclıları məlumat verib.

Onların sözlərinə görə Gəncədə E.Vəliyevin tapşırıgı ilə Namaz vaxtları (məxsusən Cümə günləri) Məscidlərin qarşısına polislər və müəllimlər qoyulur. Onlar orta məktəb şagirdlərini Məscidə buraxmır, müəllimlər Məscidə gələn şagirdləri, dövlət idarə və müəssisə işçilərini və eləcədə müəllimləri qeydiyyata alırlar. Şagirdlərin valideyinlərinə övladlarının Məscidə qoymamaqlarını, müəllim və idarə işçilərinə Məscidə getməməklərini tapşırırlar. Gəncə inanclıları E.Vəliyevin Gəncəyə icra başçısı təyin edilməmişdən öncə belə problemlərlə üzləşmədiklərini söyləyirlər. Onların dediklərinə görə E.Vəliyev Gəncəyə icra başçisi təyin edildikdən sonra bir neçə gecə diskotekalar açılıb, dindarlara isə təzyiqlər gücləndirilib.

Xeber7

  • Yazılıb
  • da (də) 2011 Oct 15