Tarix : 2011 Oct 16
Kod 26012

Dindar aksiyaçılar sərbəst buraxılıb

AİP-nin sədr əvəzi Elçin Manafov Xeber44.com saytına oktyabrın 14-də keçirilən aksiya barəsində açıqlama vermişdir
well/Aran agentliyi

 

AİP-nin sədr əvəzi Elçin Manafov Xeber44.com saytına oktyabrın 14-də Ədliyyə nazirliyi qarşısında dindarların və digər vicdan məhbuslarını keçirdiyi aksiya barəsində açıqlama vermişdir.

E. Manafovun bildirdiyinə görə, aksiya İslam Partiyası tərəfindən təşkil olunmamışdır. Aksiyada həm dindar, həmdə vicdan məhbuslarının yaxınları iştirak etmişdir. Mən də olan məlumata görə aksiyada 250 nəfərə yaxın iştirakçı polis maşınlarına mindirilərək ərazidən uzaqlaşdırılmışdır. Onlardan yalnız 14 nəfər saxlanılaraq polis bölməsinə aparılmışdır. AİP-nin mətbuat xidmətinə aksiya və tutulanlar barəsində məlumat veriləndən sonra onlar da mənə zəng vurub məlumatlandırdılar. Bu xəbəri eşidən kimi çox narahat oldum. Sumqayıtda yaşadığım üçün dərhal Bakıya yola düşdüm. Mənə orada bildirdilər ki, polis idarəsinə aparılan 14 nəfər və partiyanın sədr müavini İnqilab Əhədli şam namazına yaxın sərbəst buraxılmışdır.

Xeber44.com saytının İslam Partiyasının sədr müavini İnqilab Əhədlinin aksiyada iştirakı və həbs olunması sualını cavablandıra Elçin Manafov "Bildiyiniz kimi mən Sumqayıtda yaşayıram. Aksiyadan xəbər tutsaydım mən də iştirak edərdim. Mənim fikrimcə hər bir vicdanlı şəxs bu aksiya barəsində məlumatı olsaydı orada iştirak edərdi cavabını vermişdir."

Bu gün AİP-ni mətbuat xidmətinin yaydığı məlumata görə. Azərbaycan İslam Partiyasının (AİP) idarə heyəti fövqəladə toplantı keçirib.Toplantıda 14 oktyabr 2011-ci il tarixdə bir qrup şəxsin “günahsız islamçıların və digər vicdan məhbuslarının azadlığa buraxılması” tələbilə Ədliyyə Nazirliyinin qarşısında keçirdikləri dinc aksiyaya qiymət verilib. AİP idarə heyəti hesab edir ki, şərlənərək həbs olunan islamçılar və digər vicdan məhbusları tezliklə azadlığa buraxılmalıdırlar. Eyni zamanda onlar Ədliyyə Nazirliyinin qarşısında keçirilən aksiyanı müsbət qiymətləndiriblər: “Hesab edirik ki, Azərbaycan cəmiyyətində artıq fəallıq hiss olunur. Cəmiyyətdə bir növ oyanış və hüquqi müstəvidə haqqını tələb etmək cəsarəti görünür”.

Bundan əlavə AİP rəsmisi Akif Heydərli bildirdi ki, saxlanılan şəxslərin böyük əksəriyyəti aksiya keçirilən ərazidən kənarda polis bölmələrinə aparılmadan sərbəst buraxılıblar. Biz dünən saxlanılanların sərbəst buraxılmasının şahidi olduq. Ən son buraxılanlar saat 10 radələrində oldu. İstər saxlanılan zaman istərsədə polis bölməsində islamçılara qarşı güc tədbiq edilməmiş, o cümlədən kobud rəftar olunmamışdır.

Qeyd edək ki, aksiya zamanı heç bir qarşıdurma baş verməmiş və polisin kobud zorakılığı da qeydə alınmamışdır. Saxlanılan aksiya iştirakçıları da izahat verdikdən sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, oktyabrın 14-ü bir qrup şəxs islamçıların və digər vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə Ədliyyə Nazirliyinin qarşısında dinc aksiya keçirib. Aksiya iştirakçıları şərlənərək həbs olunan islamçıların, dindarların və digər vicdan məhbuslarının tezliklə azadlığa buraxılmasını, məhkəmələrin onlar haqqında ədalətli hökm çıxarmalarını tələb ediblər.

Aksiyada müxtəlif şüarlar səslənib: “Vətəndaşların ədalətli məhkəmələrə və hakimlərə qarşı itirilmiş inamını bərpa etmək üçün ədliyyə orqanlarında təcili və dərin islahatlar aparılmalıdır”; “Hüquqi dövlətin əsasını təşkil edən qanunun aliliyi təmin olunmalıdır”; “Ölkəmizdə şah qanun deyil, qanun şah olmalıdır”.

Məlumatda deyilir ki, nazirlik ətrafına toplaşan dindarları həm polis, həm də mülki geyimli şəxslər saxlayıb, maşınlara mindirərək ərazidən uzaqlaşdırıblar. 200-250 nəfərin polis maşınlarına mindirilib naməlum istiqamətə aparıldığı deyilir. Aksiya iştirakçılarının polislərlə heç bir konfliktə getmədiyi deyilir.

Yasamal Rayon Polis İdarəsindən isə bildirilib ki, aksiya zamanı 14 nəfər saxlanılıb. Onlardan 10-u 26-cı, 4-ü isə 27-ci polis bölməsinə aparılıb.

xeber44

  • Yazılıb
  • da (də) 2011 Oct 16