Tarix : 2011 Oct 17
Kod 26019

''Ləbbeyk, ya Hüseyn!'' AİP sədri doktor Mövsüm Səmədov dövrün yezidləri qarşısında

Qafqaz xalqının, xüsusilə də hazırda Azərbaycan Respublikası adlanan ölkəsinin müsəlmanlarının İran və İslam mədəniyyətində təsirli rolu olmuşdur
well/Aran agentliyi

Qafqaz xalqının, xüsusilə də hazırda Azərbaycan Respublikası adlanan ölkəsinin müsəlmanlarının İran və İslam mədəniyyətində təsirli rolu olmuşdur. Azərbaycan alimlərinin kitabları hələ də İslam aləminin kitabxanalarında mövcuddur və çoxlu alim və mütəfəkkirlər bu kitabları mütaliə edərək, din elmində açılmamış biliklərə yiyələnirlər. Azərbaycan xalqı müxtəlif əsrlər boyu İran-İslam tarix və mədəniyyətini qoruyub saxlamaq üçün çoxlu əziyyətlər çəkiblər. Azərbaycan xalqı hər vaxt öz haqlarını tələb ediblərsə, öz zamanlarının dövlət və hakimləri tərəfindən təzyiq, sıxışdırma və ölümə məruz qalıblar. Hacı Əlikrəm Əliyev Azərbaycan ölkəsində islamı tələb edənlərdən biri idi. Uzun illər bu ölkənin zindanlarında qaldı, ağır işgəncələr gördü və bu işgəncələr onun dünyasını dəyişməsinə, Azərbaycan ölkəsini azad və islami görmək arzusunu özü ilə aparmağa səbəb oldu. Bakı rəsmiləri elə bilirdilər ki, Hacı Əlikrəm sonuncu mübarizdir. Ona görə də onun ölümündən sonra rahat nəfəs almağa çalışırdılar. Amma hicab qadağası və doktor Mövsüm Səmədovun onların qarşısında rəşadətli müqaviməti onların planlarını alt-üst etdi.

Doktor Mövsüm Səmədov Bakı dövlətinin siyasətlərini Bəni-Üməyyə siyasətlərinə oxşatdı və indi də 10 aydır ki, Bakı dövlətinin güc strukturlarının fiziki və mənəvi işgəncələri altında "Ya Hüseyn" deyir. Çünki o və onun dostları, Hüseynin (ə) "Həl min nasiri yənsurni" fəryadına ləbbeyk dedilər. Onlar yəqinliklə bilirlər ki, "Hər gün Aşura və hər gün Kərbəla"dır.

Bakı dövləti nəhayət acizliklə Azərbaycanlı dindarları Mövsümün vücudundan məhrum etmək üçün onu 12 il həbs cazasına məhkum etdilər.

Biz əminik ki, Bakı dövlətinin siyasətlərinin ömrü bu uzun həbsin bitməsinə çatmayacaq və doktor Möhsün Səmədov sonsuz izzətlə öz xalqının qucağına qayıdacaq. İnşallah.

 

  • Yazılıb
  • da (də) 2011 Oct 17