Tarix : 2011 Oct 17
Kod 26028

Azərbaycan Respublikasında şiələrin məscidləri dağıdılır və əhli-sünnəyə məscidlər inşa olunur

Azərbaycan və Türkiyənin müştərək maddi köməyi ilə Azərbaycanın paytaxtı Bakı şəhərində came məscidi tikiləcək
well/Aran agentliyi

 

Azərbaycan və Türkiyənin müştərək maddi köməyi ilə Azərbaycanın paytaxtı Bakı şəhərində came məscidi tikiləcək.

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü

"Arannews"in "iqna"ya istinadla verdiyi məlumata əsasən, Türkiyənin Dini işlər naziri Mehmet Görməz 13 oktyabrda Bakıda dedi: "Azərbaycan prezidenti İlham Əliyevlə görüş və söhbətlərim oldu. O, Azərbaycanın paytaxtında came məscidi tikmək təklifimi bəyəndi və bu işi dəstəklədi".

Türkiyənin Dini işlər naziri açıqladı: "Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə iki ölkə arasındakı bəzi əlaqələrdən söhbət açıldı və prezident bütün məsələlərdə ikitərəfli həmkarlığın daha da genişlənməsinin zəruriliyinə təkid etdi".

Qeyd edək ki, Bakı dövləti ötən illərdə Bakıda şiə üslublu tikililəri dəyişdirmişdir. Ötən illərdə bir neçə məscidin sökülməsi, sionistlərə məxsus hündür binaların tikilməsi, Türkiyə vasitəsilə bu ölkəyə xas olan memarlıqla və sünnülüyün təbliği olan məscidlər tikilməsi bunun bariz nümunələrindəndir.

 

  • Yazılıb
  • da (də) 2011 Oct 17