Tarix : 2011 Oct 17
Kod 26029

HƏMAS Azərbaycanda Hicab uğrunda mübarizə aparanları salamladı

Sizə bu mübarək yolunuza davam etməyi tapşırırıq deyən xanım əl-Şənti Allahın izni ilə zəfər qazanılacağını bildirib
well/Aran agentliyi

 

 

Sizə bu mübarək yolunuza davam etməyi tapşırırıq deyən xanım əl-Şənti Allahın izni ilə zəfər qazanılacağını bildirib.

Fələstinin müqavimət hərəkatı HƏMAS Azərbaycanda hicab müdafiəçilərini dəstəklədiyini bildirib.

Hərəkatın parlamentdəki millət vəkili Cəmilə əl-Şənti hicabı müdafiə edənlərə, o cümlədən hicab məhbuslarına dəstək məktubu göndərib.

Azadxeber.az saytının arasbultenə istinadən bildirdiyinə görə, məktubda Azərbaycandakı qardaşlarına salam göndərən əl-Şənti deyib ki, dinimizi, hicabımızı qoruduğunuza görə sizə təşəkkür edirik. Sizə bu mübarək yolunuza davam etməyi tapşırırıq deyən əl-Şənti Allahın izni ilə zəfər qazanılacağını bildirib.

Hicab inancın özüdür deyən millət vəkili deyib ki, heç kim hicaba qarşı çıxa bilməz və ona qarşı dayana bilməz. Çünki hicab Allahın inkar edilməz əmridir. Və biz fələstinlilər sizi dəstəkləyirik. Bütün ərəb dünyası sizinlədir.

  • Yazılıb
  • da (də) 2011 Oct 17