Tarix : 2011 Oct 18
Kod 26038

Gənclərin bayram yürüşünə polis imkan verməyib

Oktyabrın 16-da polis AXCP Gənclər Komitəsinin bayram yürüşünə icazə verməyib
well/Aran agentliyi

Oktyabrın 16-da polis AXCP Gənclər Komitəsinin bayram yürüşünə icazə verməyib.

Bu barədə "Azadlıq" radiosuna məlumat verən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının sözlərinə görə, onlar Bakının Elmlər Akademiyası metro stansiyasının qarşısından Fəxri və Şəhidlər xiyabanlarına yürüş etmək istəyiblər, əllərində isə yalnız dövlət bayraqları olub:

“Amma yolun yarısında bizi Yasamal rayon polis idarəsinin əməkdaşları saxladı və bildirildi ki, yürüşümüz qanunsuzdur. Dedik ki, aksiya keçirmirik, sadəcə müstəqilliyimizin 20 illiyi münasibətilə yürüş edirik, ancaq mübahisəmiz bir nəticə vermədi və biz avtobusla Fəxri xiyabana getdik”.

Əbülfəz Qurbanlının sözlərinə görə, onlar İctimai Palata ilə birgə Fəxri xiyabanda mərhum prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət edəndən sonra Şəhidlər Xiyabanına yürüş ediblər.

Əbülfəz Qurbanlı deyir ki, polis bu yürüşə heç bir maneə törətməyib.

  • Yazılıb
  • da (də) 2011 Oct 18