Tarix : 2011 Oct 18
Kod 26039

Azərbaycan, İran və Türkiyə Qarabağ problemini müzakirə edəcək

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların faktiki dayandığı bir vaxtda İran bəyan edib ki, əgər tərəflər istəsə...
well/Aran agentliyi

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların faktiki dayandığı bir vaxtda İran bəyan edib ki, əgər tərəflər istəsə, onların arasında vasitəçi ola və problemin həllinə kömək edə bilər. Bu barədə bəyanatla İran XİN-in rəsmisi Ramin Mehmanpərəst ötən şənbə günü çıxış edib. Onun sözlərinə görə, bəzi ölkələr bu münaqişədən regiondakı maraqları üçün istifadə edirlər.

“İran Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdardır, əgər Azərbaycan və Ermənistan istəsə, biz kömək edə bilərik”, - deyə o bildirib. Bu arada məlum olub ki, tezliklə Naxçıvanda İran, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçiriləcək. Görüşdə Qarabağ münaqişəsinə dair fikir mübadiləsinin aparılması da gözlənilir. Həmçinin ötən həftə Ankarada Rusiya xarici işlər nazirinin müavini Qriqor Karasin ilə Türkiyə xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu arasında regional mövzuda növbəti məsləhətləşmələr keçirilib. “Trend”in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı xəbər verib. “Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxil olmaqla, Mərkəzi Asiya və Cənubi Qafqazın aktual problemləri üzrə fikir mübadiləsini davam etdiriblər”, - deyə məlumatda bildirilir.

musavat.com

  • Yazılıb
  • da (də) 2011 Oct 18