Tarix : 2011 Oct 18
Kod 26047

İstanbulda Qarabağ forumu keçiriləcək

Forumun keçirilməsi təşəbbüsünü Türkiyə İnsan Hüquqları və Azadlıqları Humanitar Yardım Fondunun rəhbəri Bülənt Yıldırım irəli sürüb
well/Aran agentliyi

 

Bu barədə SalamNews-a məlumat verən Asiya Dialoqu İctimai Birliyinin rəhbəri Sevil Nuriyeva deyib ki, forumun 2012-ci ilin martında, azərbaycanlıların soyqırımı günü ərəfəsində keçirilməsi nəzərdə tutulub.

İctimai Birlik rəhbəri bildirib ki, forumun keçirilməsi təşəbbüsünü Türkiyə İnsan Hüquqları və Azadlıqları Humanitar Yardım Fondunun rəhbəri Bülənt Yıldırım irəli sürüb: “Bülənt Yıldırım dəfələrlə Qarabağ probleminin Türkiyənin gündəminə gətirilməsində çox önəmli rol oynayıb. O, eyni zamanda Qarabağ məsələsini Balkanlarda gündəmə gətirib”.

S.Nuriyeva məlumat verib ki, indiyədək təmsil etdiyi təşkilat Qarabağla bağlı 10-dan çox tədbir keçirib.

islamazeri.az

 

 

  • Yazılıb
  • da (də) 2011 Oct 18