Tarix : 2011 Oct 18
Kod 26050

Azərbaycan Respublikasında həbs olunan ictimai-siyasi fəalların sayı 40-a çatıb

Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ilinin qeyd olunması bayramı ilə bir vaxtda...
well/Aran agentliyi

  

Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ilinin qeyd olunması bayramı ilə bir vaxtda, respublikada azadlıqdan məhrumetmə cəzasına məhkum olunan ictimai-siyasi fəalların sayı 40-a çatıb

HaqqYolu - Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ilinin qeyd olunması bayramı ilə bir vaxtda, respublikada azadlıqdan məhrumetmə cəzasına məhkum olunan ictimai-siyasi fəalların sayı 40-a çatıb. Onların 16-sı islamçı kəsimi təmsil edir. 25 nəfər məhbus dindar isə hələ də hökm verilməmiş həbsdə saxlanılır.

Oktiyabrın 17-də Nərimanov Rayon Məhkəməsi məktəblərdə hicab qadağasına etiraz edən 4 məhbus vətəndaşa hökm çıxarıb : Mais Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov 1,6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirxan Orucov isə 2 il sınaq müddəti olmaqla 3, 6 ay şərti cəza alıb.

Bundan əvvəl bu şəxslər məhkum olunmuşdular:

ruhani Azər Cəbiyev - 2 il 6 ay;

ruhani Fəxri İlyasov - 3 il 6 ay;

ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;

ruhani İlqar Musayev - 3 il;

Azərbaycan İslam Partiyasının (AİP) lideri Möhsün Səmədov - 12 il;

AİP Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə - 11 il 6 ay;

AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;

Ruhani Fəramiz Abbasov - 11 il;

Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;

Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;

hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;

hicab məhbusu - Nurani Məmmədov - 2 il;

hicab məhbusu - Rüfət Miriyev - 2 il.

Daha əvvəl 2010-cu il 13 Fevral, Səfər ayının 28-i əziz İslam peyğəmbərinin rehlətinin il dönümünü qeyd edən dindarlara polis hücumunda isə 5 dindar həbs olunmuşdur ki, ardınca avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynova 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədova isə 4 il 6 ay həbs cəzası vermişdir.

Hazırda isə daha 6 hicab məhbusunun istintaqı davam edir. Avqust ayında tutulan "İslamazeri" saytının baş redaktoru Ramin Bayramov, ruhanilər Abgül Süleymanov və Arif Qəniyev də istintaq altındadırlar.

İslamçı kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Dr. Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib.

Məhəmməd peyğəmbərdən "dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın" deyə sitat gətirən AİP lideri demişdir : "Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın və oyaq olsun."

 

 

  • Yazılıb
  • da (də) 2011 Oct 18