Tarix : 2011 Oct 18
Kod 26055

Azərbaycanlı ekspert Rusiyanın mövqeyinə reaksiya verdi

''Qərb və Avropa Birliyinin layihələri ilə mübarizə istiqamətində Moskvanın Xəzəryanı ölkələri yekdilliyə dəvət etməsi bu təsəvvürü yaradır ki, guya Rusiya Xəzər dənizinin ağasıdır
well/Aran agentliyi

 

Aran Radio-Azərbaycan Respublikasında bir siyasi ekspert Rusiyanın Xəzər dənizi dibindən Nabucco qaz boru kəmərinin çəkilməsi layihəsinin icra olunmasına qarşı çıxmasına reaksiya verib: "Qərb və Avropa Birliyinin layihələri ilə mübarizə istiqamətində Moskvanın Xəzəryanı ölkələri yekdilliyə dəvət etməsi bu təsəvvürü yaradır ki, guya Rusiya Xəzər dənizinin ağasıdır."

Bakıdakı yerli mənbələrin verdiyi məlumatına görə, Qabil Hüseynli habelə deyib: Məlum deyil ki, Nabucco və Trans-Xəzər layihələrinin taleyinin hələ naməlum olduğu bir vəziyyətdə nə üçün Bakı və Aşqabad bu yolla qazın Avropaya nəql olunmasını vurğulayırlar?

Nabucco layihəsinə əsasən Türkmənistan qazının Xəzər dənizinin dibindən ötürülərək Avropaya nəql olunması qərara alınıb. Lakin Xəzəryanı ölkələr, o cümlədən Rusiya Federasiyasının qənaətincə, Xəzər dənizinin dibindən boru kəmərinin çəkilməsi bu su hövzəsi üçün ekologiya təhlükələri yarada bilər.

 

  • Yazılıb
  • da (də) 2011 Oct 18