Bundan əvvəl Prezident İlham Əliyev ''Əl-Cəzirə'' televiziyasına müsahibəsində bəzi müxalifət başçılarını bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı ...
well/Aran agentliyi
Aran Radio-Azərbaycan Respublikasında Müsavat Partiyasının sədri bu qənaətdə olduğunu deyib ki, ölkə Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsinin çözülməsi istiqamətində bir sıra təslimçi öhdəliklər götürüb.
Bundan əvvəl Prezident İlham Əliyev "Əl-Cəzirə" televiziyasına müsahibəsində bəzi müxalifət başçılarını bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə etməkdə ittiham etmişdir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə "Media forum" saytına açıqlamasında İlham Əliyevin bu ittihamını cavablandırıb.
İsa Qəmbər deyib : "İlham Əliyev son zamanlar beynəlxalq mediada müxalifəti tez-tez hədəfə alır. Bu da onun müxalifətdən ehtiyatlanmasından irəli gəlir. İlham Əliyev bir sıra təslimçi öhdəliklər götürüb. Bunun nəticəsidir ki, Madrid prinsipləri kimi təslimçi bir həll variantı ortaya çıxıb".
İsa Qəmbər Prezident İlham Əliyevin müsahibəsində xeyli reklam xarakterli, həqiqətə uyğun olmayan tezislərin olduğunu da bildirib.
"Azərbaycanın guya Əliyevlər dövründə demokratiya yolu keçməsi, Avropaya inteqrasiya yolunu seçməsi, ortaq dəyərlərlə bağlı böyük addımlar atılması ilə əlaqədar deyilənlər həqiqətə uyğun deyil" deyə İsa Qəmbər vurğulayıb.
Müsavat sədri qeyd edib ki, İlham Əliyevin müxalifətin zəif olduğu barədə dediklərini həqiqətdən uzaq olduğunu deyib.
İsa Qəmbər deyib : "Əvvəla, ciddi məhdudiyyətlər var və bu da hər kəsə bəllidir. Müxalifət televiziyalara buraxılmırsa, sərbəst toplaşmaq azadlığı yoxdursa, sərbəst toplaşmaq azadlığını illərlə reallaşdırılmırsa bunun adı nədir?"