Tarix : 2011 Oct 19
Kod 26066

''Yaxşılıq deyil ki, əlinizdən gəlməyə!''

Vəkil Anar Qasımlı ''Facebook'' sosial şəbəkəsində maraqlı bir yazı paylaşıb
well/Aran agentliyi

İslamazeri.az həmin məlumatı olduğu kimi təqdim edir:

"Bakı Apellyasiya Məhkəməsində 2 aprel məhbuslarının işində çıxış edərək dedim ki, avtobusa bir-iki təpik vurmaq özgə əmlakını qəsdən məhv etmək və ya zədələmək cinayətinin tərkibini yaratmır. Məhkəmə başa çatanda gördüm ki, öz maşınımın arxa təkəri tamamilə boşalıb. Əvvəlcə elə bildim ki, təkərə nəsə batıb və təkər boşalıb. lakin təkəri təmirə aparanda gördüm ki, sən demə təkəri içəri tərəfdən bıçaqla kəsiblər. Yəqin əyani şəkildə göstərmək istəyiblər ki, özgə əmlakını qəsdən zədələmək nə deməkdir! Yaxşılıq deyil ki, əlinizdən gəlməyə! Bəlkə də bu bir təsadüfdür, amma məhkəmədəki çıxışla üst-üstə düşdüyü üçün paylaşmaq istədim."

Qeyd edək ki, Anar Qasımlı həbsdə olan islamçılardan Hacı Mövsüm Səmədov və Hacı Rufulla Axundzadənin vəkilidir.

  • Yazılıb
  • da (də) 2011 Oct 19