Tarix : 2011 Oct 20
Kod 26085

Qarabağ münaqişəsinin (hərbi yolla) həlli yoxdur?

mövcud “status-kvo” uzun müddət davam edə bilməz
ali/Aran agentliyi

 

 

Bakıda səfərdə olan Uilyam Börns bəyan edib ki, mövcud “status-kvo” uzun müddət davam edə bilməz “ABŞ ən yüksək səviyyədə - prezident səviyyəsində ATƏT-in Minsk qrupunun apardığı prosesi gücləndirmək və yeniləmək üçün əlindən gələni etmək işinə sadiq qalır”. APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin müavini Uilyam Börns Bakıda jurnalistlərə açıqlamasında deyib.
U. Börns vurğulayıb ki, ABŞ Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və uzunmüddətli həlli üçün aparılan işləri davam etdirməyə hazırdır. Dövlət katibinin müavini münaqişənin hərbi yolla həllinin olmadığını deyib.
“Münaqişə ilə bağlı mövcud “status-kvo” uzun müddət davam edə bilməz. Ona görə də ABŞ bu məsələyə təxirə salınmaz məsələ kimi yanaşır”, - deyə o vurğulayıb.
U. Börns onu da deyib ki, səfər çərçivəsində Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağ problemi ən ciddi və mühüm müzakirə mövzularından biri olub.

  • Yazılıb
  • da (də) 2011 Oct 20