Tarix : 2011 Oct 20
Kod 26087

MERİYA İSLAM PARTİYASININ MİTİNQ KEÇİRMƏK MÜRACİƏTİNƏ RƏDD CAVABI VERDİ

Akif Heydərlinin sözlərinə görə, partiyanın oktyabrın 22-də keçirmək istədiyi mitinqlə bağlı müraciətə meriyanın cavab məktubu oktyabrın 19-u saat 16 radələrində təqdim olunub
ali/Aran agentliyi

 

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının “Qarabağa azadlıq!”, “Hicab məhbuslarına azadlıq!”, “İslamofobiyaya son!” şüarları ilə keçirmək istədiyi aksiyanı məqsədəuyğun hesab etməyib. Məlumatı “Media forum” saytına AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli verib.

Akif Heydərlinin sözlərinə görə, partiyanın oktyabrın 22-də keçirmək istədiyi mitinqlə bağlı müraciətə meriyanın cavab məktubu oktyabrın 19-u saat 16 radələrində təqdim olunub: “Oktyabrın 20-də partiyanın icra aparatı iclas keçirəcək. Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubu müzakirə ediləcək və bundan sonra atılacaq addımlara qərar veriləcək”.

Partiya üzvləri - Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov, müavinlər İnqilab Əhədli və Rövşən Əhmədovdan ibarət təşkilat qrupu adından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət oktyabrın 10-da edilmişdi.

 

"Media forum

  • Yazılıb
  • da (də) 2011 Oct 20