Tarix : 2011 Oct 20
Kod 26089

Bir ildə neçə adam ölkədən imtina edib?

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında Azərbaycandan Qərb dövlətlərində sığınacaq almaq arzusunda olan şəxslərə dair statistika da əks olunub
ali/Aran agentliyi

 

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, cari ilin ilk yarısında inkişaf etmiş ölkələrdə sığınacaq axtaran şəxslərin sayı 17% (198 000 nəfər) artıb. Bu rəqəmin ilin ikinci yarısında daha iki dəfə artacağını ehtimal edilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında Azərbaycandan Qərb dövlətlərində sığınacaq almaq arzusunda olan şəxslərə dair statistika da əks olunub. Bildirildiyinə görə, cari ilin ilk rübündə Azərbaycandan 575, ilin ikinci rübündə isə 450 şəxs sığınacaq hüququ almaq üçün rəsmi müraciət edib. Müraciətlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının regional ofislərinə və inkişaf etmiş ayrı-ayrı ölkələrin aidiyyəti qurumlarına edilib. Hesabata görə, bu şəxslərin təqribən yarısı Skandinaviya və Avropa İttifaqı ölkələrində sığınacaq istəyib.

Qeyd edək ki, Ermənistana dair göstəricilər ilin birinci və ikinci rüblərində müvafiq olaraq 1276 və 1596 şəxs təşkil edib.

  • Yazılıb
  • da (də) 2011 Oct 20