Tarix : 2011 Oct 20
Kod 26090

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi BEYNƏLXALQ KONFRANS TƏŞKİL EDİR

Azərbaycanın bu günkü vəziyyəti, torpaqlarının işğal altında olması, islami oyanış və islamofobiya kimi mövzularda çıxışlar olacaqır
ali/Aran agentliyi

 

Adil Allahın adı ilə!

Son günlər ölkəmizdə dövlət tərəfindən gedən islamofobiya, hicabofobiya, mübariz din xadimlərinin və azadlıq tələb edən vətəndaşlarımızın şərlənərək həbs olunması və vətəndanşlarımızın hüquqlarının tam pozulmasına etiraz olaraq, Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi həm daxildə və həm də xaricdə öz müqəddəs müdafiə kampaniyasını davam etdirməkdədir.
Bu kampaniyanın proqramlarından biri olaraq, sabah 2011 oktyabrın 20-də saat 15-00 da müqəddəs Qum şəhərində Cameətul-Müstəfa (s) aləmiyyə adına beynəlxalq İslam akademiyasında 80 ölkənin din alimləri və ilahiyyatçılarının iştirakı ilə “Azərbaycanda islami oyanış, islamofobiya və insan haqlarının kobud şəkildə pozulması” – ünvanı altında beynəlxalq konfrans təşkil olunacaqdır.
Bu konfransda dünyanın müxtəlif ölkələrindən olan ən yüksək səviyyəli ilahiyyatçılar Azərbaycanın bu günkü vəziyyəti, torpaqlarının işğal altında olması, islami oyanış və islamofobiya kimi mövzularda çıxışlar olacaqır.
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi bir daha xatırladır ki, üzərinə götürdüyü İslami müdafiə, örpəyin ölkədə tam azad olması və bu yolda şərlənərək həbs olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəsi və onların hamısının bir nəfərə kimi izzətlə azadlığa çıxmasına nail olana qədər həm ölkə daxilində və həm də beynəlxalq aləmdə bütün imkanlarından və qanuni yollardan bəhrələncəkdir!
Müdafiə Komitəsi, bu yolda fəaliyyət, zülm olunmuşların haqlarının müdafiəsini qorumaq və məzlumların fəryad səsini dünyaya çatdırmağı özünə vəzifə və iftixar hesab edir!

Müdafiə komitəsinin mətbuat şöbəsi

  • Yazılıb
  • da (də) 2011 Oct 20