Tarix : 2011 Oct 20
Kod 26091

İsrail xəritədən silinə bilər!

“İsrail xəritədən silinə bilər”
ali/Aran agentliyi

 

Bu barədə 24saat.az-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay bildirib.

Politoloq qeyd edib ki, "Mavi Mərmərə" hadisəsi əslində müharibə üçün bir səbəb olsa da Türkiyə buna səbrli yanaşma sərgiləyir: “Bununla belə, gərginlik müharibəyə doğru gedir və sonunda savaş başlayarsa, İsrail xəritədən silinə bilər. Əslində baş nazir Rəcəb Tayyib Ərdoğan xüsusi vurğulayıb ki, bizim İsraillə bir problemimiz yoxdur. Bizim problemimiz İsrail hökumətiylədir. Müharibənin baş verməsi real deyil, amma savaş həddinə qədər gedilə bilər. Burada məqsəd müharibənin ola biləcəyindən İsraili çəkindirməkdir. Unutmayaq ki, türklərin döyüş qabiliyyəti çox yüksəkdir və belə bir müharibə təkcə İsrail-Türkiyə savaşı çərçivəsindən çıxar. Müharibə baş versə Suriya, Livan da bu prosesdən kənarda qalmayacaq. Yəni Türkiyə İsrailin üzərinə bu iki ölkənin ərazisindən hücum edər. Döyüşün detalları başqa bir hadisədir. Amma İsrail Türkiyə ilə döyüşü gözə ala bilməz. İnanıram ki, gərginlik müharibə həddinə çatsa, İsraildə hökuməti dəyişmək məsələsi gündəmə gələcək və razılaşma təmin ediləcək”.

Hasan Oktay onu da vurğulatıb ki, Türkiyə-İsrail gərginliyi indiki situasiyada regionu müharibəyə sürükləyir. Türkiyə mövqeyində israrlıdır və İsraildən çəkinmir: “Azərbaycan da bu məsələdə Türkiyənin yanında olmalıdır. Heç bir dünya dövləti Qarabağ mövzusunda Azərbaycanı Türkiyə qədər dəstəkləməz və dəstəkləməyib də. Əgər Azərbaycan bu mövzuda İsrail ilə əlaqələrini davam etdirərsə, həm İranın, həm də Türkiyənin reaksiyalarını üzərinə çəkər”.

  • Yazılıb
  • da (də) 2011 Oct 20