Tarix : 2011 Oct 21
Kod 26101

Prezidentin ölkədən xəbəri yoxdur!

Görüşdə həbsdə olan fəallar, toplaşma və ifadə azadlığı hüququnun məhdudlaşdırılması, korrupsiya məsələləri müzakirə olunub
g/Aran agentliyi

 Oktyabrın 18-də Bakıda olan ABŞ Dövlət katibinin birinci müavini Uilyam Börns (William Burns) vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.
Görüşdə həbsdə olan fəallar, toplaşma və ifadə azadlığı hüququnun məhdudlaşdırılması, korrupsiya məsələləri müzakirə olunub.
Həmin görüşdə iştirak etmiş Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AzadlıqRadiosuna deyir ki, U. Börns onun ofisinin dağıdılması ilə bağlı məsələni də prezidentə çatdırıb:
«Cənab Börns dedi ki, o, vəziyyətdən xəbərdardır. Hətta mənə üz tutaraq dedi ki, bilirik ki, sizin ofisinizi qanunsuz dağıdıblar və biz bunu prezidentinə dedik, narahatlığımızı bildirdik. Mən də dedim, yəqin siz bilirsiniz ki, bu əmr ən yuxarıdan verilib. Bu da avqustun 10-da «New York Times» qəzetinə verdiyim müsahibəylə bağlıdır. Orda demişəm ki, Azərbaycanda vətəndaşların evlərindən qovulması ilə bağlı böyük bir korrupsiya mexanizmi var».

  • Yazılıb
  • da (də) 2011 Oct 21