Tarix : 2011 Oct 21
Kod 26102

KƏMALƏDDİN HEYDƏROV TƏHSİL SİSTEMİNƏ ƏL QOYUR

MİSİR MƏRDANOVUN BATIRDIĞI SAHƏNİ FÖVQƏLNAZİR DİRÇƏLTMƏYƏ SÖZ VERİB
g/Aran agentliyi

 

Təhsil sistemindəki vəziyyət Azərbaycan hakimiyyətini ən yüksək səviyyədə narahat etməkdədir. Bu sahədəki problemləri həll etmək və ciddi nöqsanları ortadan qaldıra bilmək üçün hakimiyyət yollar axtarır. Məsələ orasındadır ki, təhsil sistemindəki biabırçılıq elə bir səviyyədədir ki, burda atılacaq hər hansı bir radikal addım partlayış yarada bilər. Elə ona görə də hakimiyyət problemi tədricən və bir qədər ağrısız həyata keçirməyi planlayr.

 

Bu barədə PİA.AZ-a danışan mənbənin sözlərinə görə Misir Mərdanovun vəzifədən alınmasının yubadılmasının əsas səbəbi elə Misir Mərdanovun zamanında bir sıra dəyişiklikləri aparmaq və gələcək yeni nazir üçün islahatları apara bilməsi üçün münbit şərait yaratmaqdır.

 

Mənbə bildirir ki, təhsil sisteminin kurasiya məsələsi artıq həll olunub. Təhsil Nazirliyinin kurasiyasının FHN şefi Kəmaləddin Heydərova verildiyini bildirən mənbənin sözlərinə görə, ilin sonuna qədər Misir Mərdanovun vəzifədən alınması prinsip olaraq həll edilib. Onun yerinə rektorlardan birinin gətiriləcəyini bildirən mənbə bildirir ki, həmin rektor fövqəlnazirin adamıdır və bundan sonra təhsildəki vəziyyətlə bağlı bütün məsuliyyət Kəmaləddin Heydərovun üzərinə qoyulacaq və təbii ki, hesab da ondan sorulacaq.

 

pia.az

  • Yazılıb
  • da (də) 2011 Oct 21