Tarix : 2011 Oct 21
Kod 26105

HAKİMİYYƏT İÇİNDƏ YENİ QARŞIDURMALAR

BIR NEÇƏ NAZIRIN ÜMUMI QAYDALARI POZARAQ ARZUOLUNMAZ ADDIMLAR ATMALARI AŞKARLANIB
g/arannews

 

Üç nazir dövlət büdcəsindən qanunsuz pul çıxartmaq, həmçınin qeyri-qanuni şəkildə Azərbaycandan kənara qiymətli kağızlar çıxartmaqda ittiham oluna bilər. Hətta buna görə həmin şəxslərin istintaqa cəlb ediləcəyi də gözlənilir.

 

Bu barədə PİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, bununla bağlı ən yüksək səviyyədə araşdırmalar aparılıb və məlum olub ki, son aylarda bir sıra naziriliklər qeyri-qanuni şəkildə 5-8 milyon manata qədər pulu büdcədən çıxararaq mənimsəyiblər.

 

Mənbə bildirir ki, faktlar tamlıqla aşkarlanarsa və nazirlər bu qanunsuzluğun əsl səbəblərini açıqlaya bilməzlərsə onda noyabr-dekabr aylarında səs-küylü istefaların şahidi olacağıq.

 

Həmin nazirlərin adlarını açıqlamayan mənbə bildir ki, bu məsələ beynəlxalq aləmdədə əks-səda doğura bilər. Çünki mənimsənilən pulların geri qaytarılması xarici bankların informasiya gizliliyini təhdid edə bilər və çirkli pulları yuyan bir çox beynəlxalq bankları aşkara çıxara bilər.

  • Yazılıb
  • da (də) 2011 Oct 21