Tarix : 2011 Oct 22
Kod 26114

Azərbaycan Respubliksı sərhədçilərinin nanəcib hərəkəti-İran sərhədçisinin şəhadəti

İİR-sı sərhədçilərindən biri Ərdəbil əyaləti Parsabad şəhərinin Firuzabad sərhəd zastavasında AR-sı sərhəd qoşunları tərəfindən şəhid edilib
well/Aran agentliyi

 

İİR-sı sərhədçilərindən biri Ərdəbil əyaləti Parsabad şəhərinin Firuzabad sərhəd zastavasında AR-sı sərhəd qoşunları tərəfindən şəhid edilib.

"Aran"-ın verdiyi məlumata əsasən, Ərdəbil əyalətinin Sərhəd Qoşunları başçısı dünən bu əyalətin müxbirlərinə verdiyi müsahibədə açıqladı: "Əyaləyin sərhədçi əsgəri silahsız olaraq, bilmədən AR-sı torpaqlarına daxil olub və bu ölkənin sərhədçiləri tərəfindən şəhadətə yetişib".

Polkovnik Seyid Müctəba sərhədçiyə qarşı atəş açılmazdan və şəhid olmasından öncə onun AR-sı sərhədçiləri tərəfindən tutulmasını da qeyd edib, artırdı: "Silahsız şəxsə qarşı silah tətbiq etmək üçün heç bir üzür yoxdur və AR-sı sərhədçilərinin bu hərəkəti qeyri-qanuni və namərdlikdir".

Polkovnik bu hadisənin çərşənbə günü sübh baş verməsini, hal-hazırda mövzu ilə bağlı dəqiq əməliyyat-istintaq işlərinin aparılmasını xəbər verdi və bu xəbərin xalq arasında alovlanmamasının səbəbini onun mediaya çıxmaması saydı.

Əyalətinin Sərhəd Qoşunları başçısı İİR-sı Sərhəd Qoşunları tərəfindən əməliyyat-istintaq işləri aparmaq üçün bir heyətin təşkil olmasını bildirərək dedi: "Bu heyət tezliklə AR-sı              rəsmiləri ilə görüşüb, söhbətlər aparacaqlar".

Polkovnik, ölkə Sərhəd Qoşunları tərəfindən artıq AR-sı rəsmilərinə etirazların bildirilməsini də qeyd edərək, artırdı: "Ölkəmizin Bakıdakı səfiri bu mövzunun diplomatik yollarla həlli yollarını araşdırır".

Polkovnik Seyid Müctəbanın dediklərinə görə beynəlxalq qayda-qanunlara və ortaq sərhəddə yerləşən ölkələr arasında olan qanunlara əsasən, belə bir hadisənin baş verməsi nadirdir və bir ölkənin sərhədçilərinin qarşı ölkə sərhədçisinə hücum etməsi hadisəsi çox azdır. Bundan əlavə, İİR-sı öz islami etiqadlarına diqqət etməklə həmişə yaxşı qonşu olmağa çalışıbdır.

İndiyə kimi əlimizə çatan xəbərlərə əsasən, Loristan əyalətinin Xürrəmabad şəhərindən olan 18 yaşlı sərhədçi şəhidin cəsədi hələ də İİR-sına təhvil verilməyib və bu barədə məşvərətlər davam edir.

Qeyd edək ki, Bakı dövləti sionistlərin nüfuzu ilə son aylar ərzində çoxlu anti-İran addımlar atıblar.                                                                                                                                                

  • Yazılıb
  • da (də) 2011 Oct 22