Tarix : 2011 Oct 22
Kod 26115

Azərbaycan səfiri İran XİN-ə çağırıldı və etiraz notası verildi

Azərbaycan səfiri İran XİN-ə çağırıldı və etiraz notası verildi
well/Aran agentliyi

Azərbaycan səfiri İran XİN-ə çağırıldı və etiraz notası verildi

Azərbaycan Respublikası sərhədçiləri tərəfindən İranın bir sərhədçi əsgərinin qətlə yetirilməsi ardınca, Azərbaycan Respublikasının Tehrandakı səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası verilib.

İranın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat baş idarəsinin məlumatına görə, Azərbaycan Respublikası sərhədçiləri tərəfindən İran İslam Respublikasının bir sərhədçi əsgərinə doğru atəş açılmasına və onun qətlə yetirilməsinə etiraz olaraq cümə axşamı günü Azərbaycan Respublikasının Tehrandakı səfiri XİN-ə çağırılıb və İran İslam Respublikasının etirazı XİN-in sərhəd məsələləri üzrə idarəsinin rəisi tərəfindən etiraz notası ilə birlikdə ona verlilib.

İranın Xarici İşlər Nazirliyinin etiraz notasında Azərbaycan Respublikası sərhədçilərinin hərəkəti beynəlxalq qanun-qaydalar, habelə ikitərəfli razılaşmalar və qonşuluq prinsiplərinə qarşı hesab olunub və Azərbaycan Respublikası hökumətindən amillərin cəzalandırılması istiqamətində addım atması istənilib.

Azərbaycan Respublikasının Tehrandakı səfiri də bu görüşdə qeyd olunan hadisənin baş verməsindən təəssüfləndiyini bildirib və İran İslam Respublikasının etirazını Azərbaycan rəsmilərinə çatdıracağını və məsələni izləyəcəyini söyləyib

  • Yazılıb
  • da (də) 2011 Oct 22