İlham Əliyev və Serj Sarkisyan bir-biri ilə yaxşı yola gedir, onların ətrafındakı insanlar da öz aralarında yaxşı ünsiyyət qura bilirlər
well/Aran agentliyi
Prezident Əliyevin də, prezident Sarkisyanın da ətrafındakı insanlar bir-biri ilə yaxşı yola gedir, və asanlıqla Azərbaycan dilindən erməni dilinə, erməni dilindən Azərbaycan dilinə keçirlər.
İlham Əliyev və Serj Sarkisyan bir-biri ilə yaxşı yola gedir, onların ətrafındakı insanlar da öz aralarında yaxşı ünsiyyət qura bilirlər.
Azadxeber.az saytının "Contact" saytına istinadən verdiyi xəbərə görə, bu sensasiya doğuran etirafı Rusiya prezidenti Dmitri Medvedev cümə axşamı MDU-da tələbələrlə görüşündə bildirib.
Erməni tələbənin Qarabağ münaqişəsinin həll üzrə səyləri barədə sualına cavabda Medvedev belə deyib:
“Mən Azərbaycan prezidenti ilə də, Ermənistan prezidenti ilə də çox əlaqə saxlayıram. Və təəccüblüdür ki, hər iki prezidentin – prezident Əliyevin də, prezident Sarkisyanın da ətrafındakı insanlar bir-biri ilə yaxşı yola gedir, və asanlıqla Azərbaycan dilindən erməni dilinə, erməni dilindən Azərbaycan dilinə keçirlər. Bu, mənim gözlərim önümdə baş verir.
Amma ümid edirəm ki, Serj Azatoviç cə İlham Heydəroviç onların da bir-biri ilə yaxşı yola getdiklərini desəm, məndən inciməzlər. Biz birlikdə masa arxasında əyləşəndə onlar yaxşı ünsiyyət qururlar.
Amma real çətinliklər var: tarix var, müxtəlif hüquqi konstruksiyaların müxtəlif şəkildə anlaşılması var və nəhayət, müxtəlif maraqlar var. Rusiya, şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək. Siz, yəqin ki, bilirsiniz, mən prezidentlərin görüşərək bu mövzunu müzakirə etmələri üçün kifayət qədər çox şey etmişəm. Bu iş mütləq davam etdiriləcək. Amma sadə bir şeyi deyə bilərəm: son nəticədə bu münaqişənin həlli çox çətindir, amma mən tam əminəm ki, problemin həlli iki xalqın və iki prezidentin xoş iradəsindən asılıdır. Onlar bir-birini dinləsələr, bir-birinə qulaq assalar və bir-birinə qarşı kiçik addım atsalar, kompromis tapsalar, hər şey alınacaq. Mən bundan qəti əminəm. Bu, postsovet məkanında və hətta bütünlükdə Avropada həlli mümkün olan az sayda uzunmüddətli münaqişələrdən biridir.