well/Aran agentliyi
Azərbaycan İslam Partiyası (AİP) İdarə Heyətinin yığıncağı keçirilib.
Partiyanın sədr müavini Hacı Akif Heydərlinin APA-ya verdiyi məlumata görə, iclasda partiyanın oktyabrın 22-də keçirmək istədiyi mitinqlə bağlı məsələ müzakirə mövzusu olub və kütləvi aksiyanın keçirilməsi məqsədəuyğun hesab etmədiyinə görə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mövqeyi pislənib. Yığıncaqda BŞİH-nin mitinqin keçirilməsinə qarşı çıxmasının əsassız olduğu vurğulanıb və bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilib.
A.Heydərli isə deyib ki, partiyanın İdarə Heyəti yaranmış vəziyyətlə bağlı məhkəmə instansiyasına müraciət edilməsinə dair qərar da qəbul edib: "İslam Partiyası yaxın günlərdə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması iddiası ilə müvafiq sənədləri ərazi üzrə Səbail Rayon Məhkəməsinə təqdim edəcək". Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan İslam Partiyasının (AİP) oktyabrın 22-də paytaxtın "Ulduz" metrostansiyası və "Təbriz" kinoteatrı qarşısında mitinq keçirmək istəyilə bağlı müraciətinə mənfi cavab verib və kütləvi aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bütun bunlara rəğmən islamçılar öz qanuni tələblərinin yerinə yetirməyənədək aksiyaların davam etdirəcəklərini bildiriblər.