Asiya Dialoqu'' İctimai Birliyinin ''Avropa'' otelində təşkil etdiyi ''Mavi Mərmərə ilə azadlığa'' adlı tədbirdə müəyyən gərginliklər yaşanması sionist rejimin...
well/Aran agentliyi
Asiya Dialoqu" İctimai Birliyinin "Avropa" otelində təşkil etdiyi "Mavi Mərmərə ilə azadlığa" adlı tədbirdə müəyyən gərginliklər yaşanması sionist rejimin Azərbaycan Respublikasında xərçəngvari nüfuzunun xırda əlamətlərindən saymaq olar.
Türkiyə İnsani Yardım Vəqfinin (İHH) başqanı Bülənt Yıldırım 525-ci qəzet ilə müsahibəsində hadisə ilə deyib : "Bu hal mənə çox pis təsir etdi. Hər halda qardaş ölkə olan Azərbaycanda belə bir olayın baş verməsi gözlənilən deyildi. Çünki Azərbaycan xalqı hər zaman qarşımızda deyil, yanımızda dayanıb. Otel rəhbərliyi tərəfindən bizə qarşı belə bir addımın atılması çox pis oldu. Demək İsrailin "əli" burada çatırmış."
Bülənt Yıldırım həmçinin deyib : "Azərbaycanda "Mavi Mərmərə" ilə bağlı tədbirin təşkil edilməsi mühüm bir məqamdır. Azərbaycanda olan qardaşlarımızla uzun zaman birgə iş aparmışıq. İnşallah "Mavi Mərmərə" ilə Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarına, Qarabağa gedərik. Biz işğala qarşıyıq, çünki bunun nə olduğunu yaxşı başa düşürük. Fələstində olan zaman, gəmiyə İsrail qüvvələrinin basqın etdiyi vaxt və bu ölkənin həbsxanalarında gördüklərimiz işğalın, qətliamın nümunələrindəndir. Fikrimcə, insan olmaq ədalət yanında olmaqdır. Biz ilk dəfə Qəzza savaşında olan zaman bombalar atılarkən uşaqlarla bir yerdə onun altında qaldıq. Bu dəhşətli anları yaşadıq. Onlar insanların uşaq, qadın, qoca olmasının fərqinə varmırdılar. İsrail Fələstin xalqına qarşı qadağan olunmuş silahlardan istifadə edirdilər. Bunun nəticəsidir ki, uşaqlar orada xəstə olaraq dünyaya göz açırlar. İsrail fələstin xalqına qarşı əməlli-başlı soyqırım həyata keçirir. Necə ki, bunu faşist lideri Hitler etmişdi. Bunu bilin ki, Hitlerlə Netanyahunun heç bir fərqi yoxdur. Hal-hazırda İsrailin atdığı fosfor bombalarının sayəsində Fələstində xərçəng xəstəliyinin çoxalması mümkündür."
Bulənt Yıldırım əlavə edib :" Qarabağ müsəlman torpaqları olduğu üçün dünyanın bu işğalı görəcək "gözü" kor olub. Elə müsəlman torpaqları olduğu üçün Qarabağ işğal edilib. Sözsüz ki, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılacaq. Təbii ki, biz də bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. Amma bunun ilk qərarını məhz elə sizlər verməlisiniz. Yəni kənardan kimsə gəlib Azərbaycan torpaqlarını geri qaytarmayacaq. Fələstin xalqı qərarı özü verdi və biz də onlara dəstək olduq."
Qəzzaya yardım aparan Azadlıq karvanında Azərbaycan vətəndaşlarının da iştirakını İHH başqanı belı qiymətləndirib : " Azərbaycandan da, bu yardım kampaniyasına qatılanlar vardı. Mən bundan şərəf duydum. Azərbaycanlı qardaşlarımız heç nədən qorxub, çəkinmədilər. Havadan və sudan bizə hücum edən İsrail əsgərlərinə qarşı azərbaycanlı qardaşlarımız çox böyük müqavimət göstərdi. Onlar bütün dünyaya bəyan etdilər ki, sizin silahlarınız bizi qorxutmur. Bütün bunlara baxmayaraq, Qəzzanın blokadası davam edir.
Bu azmış kimi İsrail müharibəyə hazırlaşır."