Xəzər rayonu Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə qızlar hicabla dərsə gedə bilmir
well/Aran agentliyi
Xəzər rayonu Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə qızlar hicabla dərsə gedə bilmir.
Yeni dərs ili başlayandan orta məktəblərdə hicaba qoyulan qadağa davam edir. Müxtəlif yerlərdə məktəbli qızlar dərsə buraxılmır. Belə bir problem Bakı şəhəri Xəzər rayonunda da mövcuddur.Xəzər rayonu sakinlərindən birinin İslamazeri.az-a verdiyi məlumata görə rayonda hicab problemi mövcuddur.
Konkret olaraq Xəzər rayonu Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə qızlar hicabla dərsə gedə bilmir. Valideyn bildirdi ki, sentyabrın əvvələrində qızları məktəbə buraxılsa da bir neçə gün öncə məktəbin direktoru Rəhilə Baxşıyeva onu məktəbə çağırıb. Direktor qızların hicabla məktəbə buraxılmayacağını bildirib. Direktorun sözlərinə görə bu barədə onlara “yuxarıdan” xəbərdarlıq edilib və vaxtaşırı məktəb yoxlanılır. Direktor qızların yalnız başlarını açacağı təqdirdə sinifdə otura biləcəklərini bildirib.
İslamazeri