Tarix : 2011 Oct 22
Kod 26122

40-dan çox İslam ölkələri tələbələri Azərbaycan Respublikası dövlətinin İslamofobiya siyasətlərin...

Ayətullah Təhriri: ''Bakı dövləti hicab qadağasını ləğv və hicab məhbuslarını azad etsin
well/Aran agentliyi

Ayətullah Təhriri: "Bakı dövləti hicab qadağasını ləğv və hicab məhbuslarını azad etsin".

Dünən 40-dan çox İslam ölkələrindən olan onlarla tələbə və ruhanilərin iştirakı ilə "Azərbaycan Respublikasında İslami Oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi” konfransı keçirdildi.

Bu konfransda İran, Azərbaycan, Salvador, Konqo və digər ölkələrdən olan tələbələr çıxış etdi və azərbaycanlı dindarların islamofobiya siyasətlər qarşısında müqavimətlərini bəyəndiklərini söylədilər.

Şiə aləminin tanınmış alimlərindən olan Ayətullah Təhriri, AR-da islami hicabın qadağasına və dindar fəalların həbs olunmasına işarə edərək dedi: "Bu hərəkətlər İslam Əməkdaşlıq Təşkilatı üzvü olan bir ölkəyə yaraşan iş deyil və mütləq davam edə bilməyəcək".

Ayətullah Təhriri Azərbaycan xalqının şiə dəyərlərinə etiqadlı olduğunu bildirib dedi: "Bu xalq kommunistlərin dövründə öz dinlərini qoruyub saxladılar və indi də azəri cavanlar ilahi hökmlərə hörmətsizlik edilməsinə icazə verməyəcəklər".

Konfrans, bayanatın oxunması ilə başa çatdı və bu bəyanatda AİP sədri və digər etiqad məhbuslarının azad olması tələb olundu.   

  • Yazılıb
  • da (də) 2011 Oct 22