well/Aran agentliyi
Kürdüstan Azərbaycan benzini alır”. Bu sözləri “Kürdüstan hökumətinin” MDB dövlətləri üzrə səfiri, “Kürdüstan” prezidenti Məsud Bərzaninin şəxsi nümayəndəsi Xoşəvi Babəkr 24 saat.az-a müsahibəsində deyib.
O, həmçinin əlavə edib ki, “Kürdüstan”da Azərbaycan şirkətləri də fəaliyyət göstərir: “Ölkələr arasında iqtisadi əməkdaşlıqla bağlı görüntülər var. Məsələn, Kürdüstan Azərbaycan benzini alır və ölkəmizdə sizin bir sıra şirkətləriniz çalışır. Amma bu əlaqələr yetərli deyil. Lazımdır ki, iqtisadi münasibətlər kimi, siyasi münasibətlərimizi də möhkəmləndirək. Mən ümid edirəm ki, nə vaxtsa Bakıda Kürdüstanın nümayəndəliyi, Ərbildə isə Azərbaycan konsulluğu fəaliyyət göstərəcək”.
O, həmçinin əlavə edib ki, Azərbaycanda tarixən kürd diasporası olub.
Qeyd edək ki, Azərbaycanda PKK və digər kürd separatçıları ilə əlaqələrin mövcudluğu yeni xəbər deyil. Dəfələrlə mətbuatda bu barədə geniş yazılıb. Lakin bu fakt indi rəsmən təsdiqlənir.
azadliq