Tarix : 2011 Oct 23
Kod 26129

''AR sərhədçiləri iranlı əsgəri şəhid etməzdən öncə onu həbs ediblərmiş''

Ərdəbil ostanı sərhəd komandanı bildirib ki, Azərbaycan Respublikası sərhədçiləri öz yolunu itirmiş silahsız iranlı əsgəri namərdliklə şəhid etməzdən öncə onu həbs ediblər
well/Aran agentliyi

Ərdəbil ostanı sərhəd komandanı bildirib ki, Azərbaycan Respublikası sərhədçiləri öz yolunu itirmiş silahsız iranlı əsgəri namərdliklə şəhid etməzdən öncə onu həbs ediblər.

General Seyid Müctaba Musəvi qeyd edib: Silahsız şəxsə doğru atəş açmaq üçün heç bir səbəb yoxdur və Azərbaycan əsgərlərinin bu hərəkəti qeyri-qanuni və namərdliklə olmuşdur.

Azərbaycan Respublikası sərhədçiləri tərəfindən şəhid edilmiş Lorestan ostanından olan 18 yaşlı əsgər Parsabad şəhəri Firuzabad gözətçi postunun məmuru idi. Əsgər səhvən sərhədi keçmişdi və silahsız olmasına baxmayaraq Azərbaycan sərhədçilərinin gülləsinə tuş gəlib.

"Bu hadisə ötən çərşənbə günü baş verdi. Lakin mütəxəssis və ekspertlər tərəfindən məsələnin dəqiq araşdırılması və cəmiyyət atmosferinin gərginləşməməsi məqsədilə bu hadisənin xəbəri ilk gündə mediaya çıxarılmadı" -deyə general Musəvi bildirib.

Ərdəbil ostanı sərhəd komandanı qeyd edib ki, beynəlxalq standartda və ortaq sərhədə malik ölkələrin qanunlarında belə hadisə nadir olur və qonşu ölkənin sərhədçisinin yolunu itirməsi və silahlı olmadığı çox az halda qarşı ölkənin sərhədçiləri tərəfindən hücuma məruz qalır. Eyni zamanda İslam Respublikası dini və islami inanclara əsasən Azərbaycan Respublikası barəsində həmişə qonşuluq məsələlərinə riayət etmişdir.

Qeyd etmək lazımdır ki, ötən illər ərzində İranın sərhəd kəndlərinin 35-dən çox sakini Azərbaycan Respublikası sərhədçiləri tərəfindən müxtəlif bəhanələrlə atəş açılaraq qətlə yetirilmişdir

Səhər TV

  • Yazılıb
  • da (də) 2011 Oct 23