Tarix : 2011 Oct 23
Kod 26130

Azərbaycanda PKK üçün yardım toplanır

Rəsmi Bakının terrorçu PKK təşkilatı qarşısında Türkiyəni dəstəklədiyini bildirməsinə baxmayaraq...
well/Aran agentliyi

Rəsmi Bakının terrorçu PKK təşkilatı qarşısında Türkiyəni dəstəklədiyini bildirməsinə baxmayaraq, Azərbaycan Respublikasında PKK-nın fəaliyyətinə dair yeni faktlar və bu terrorçu təşkilat üçün maliyyə yardımlarının toplanması aşkar forma alıb.

Yeni Müsavat qəzeti bildirir: "Bakıdakı PKK dəstəkçiləri Azərbaycanda çalışan türkiyəli iş adamlarından müntəzəm surətdə xərac tələb edir və bac alırlar".

Azərbaycan Respublikasında fəaliyyət göstərən adının çəkilməsini istəməyən bir türkiyəli iş adamı bunu bildirib.

Türkiyəli biznesmən bildirib : "Onlar guya bizi himayə etməyi və təhlükəsizliyiizi təmin etməyi üzərilərinə götürürlər. Əvəzində də özlərinin təyin etdiyi məbləği ödəməyimizi təklif edirlər."

 

  • Yazılıb
  • da (də) 2011 Oct 23