Tarix : 2011 Oct 23
Kod 26131

Aclıq aksiyası nəticə vermədi

Qərbyönümlü siyasi Məhbusların Ailələri Komitəsinin təşəbbüsü ilə oktyabrın 14-dən başlanan aclıq aksiyası oktyabrın 21-də günortaya yaxın dayandırılıb
well/Aran agentliyi

 

Qərbyönümlü siyasi Məhbusların Ailələri Komitəsinin təşəbbüsü ilə oktyabrın 14-dən başlanan aclıq aksiyası oktyabrın 21-də günortaya yaxın dayandırılıb.

"Azərbaycan hakimiyyəti heç bir reaksiya vermədi, biz də öz adamlarımızın səhhətinin qeydinə qalıb qərara gəldik ki, aclıq aksiyasını dayandıraq". Bunu aclıq aksiyası keçirənlərdən biri deyib.

Aclıq aksiyası Müsavat Partiyasının mərkəzi qərargahında keçirilirdi. Aksiyanın tələbi siyasi məhbusların azadlığa buraxılması olub. Xəbərlərə görə müxalifət yeni aksiyalar keçirməyi planlaşdırır".

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza 2 aprel aksiyaçılarının həbsinə jurnalistlərə açıqlamasında deyib ki, 2 aprel aksiyasında iştirak edənlərin həbsindən təəssuflənir: "Heç kim öz fikirlərini ifadə etdiyinə görə tutula bilməz. Biz tutulanlarla bağlı təəssüfümüzü ifadə etmişik. Şəffaf məhkəmənin əhəmiyyətini vurğulamaqda davam edirik".

Metyu Brayza bildirib ki, 2 aprel işinə cəlb olunan hər bir şəxsin ədalətli məhkəmə ilə təmin olunması lazımdır: "Məhkəmə prosesinin ədalətli olmasi çox mühüm və vacibdir. Mən dünən eşitdim ki, Bakı Apellyasiya Məhkəməsi bir iş üzrə əvvəlki məhkəmə qərarını dəyişib və müsbət qərar verib. Mən bu xəbərdən çox şad oldum".

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza hivab qadağasın etiraz etdiklərinə görə həbs olun Azərbaycan İslam Partiyasının lideri və digə fünksionerlərin və ruhanilərin həbsinə fikir bildirməyib.

  • Yazılıb
  • da (də) 2011 Oct 23