Tarix : 2011 Oct 23
Kod 26132

Yeni Müsavat AR sərhədçilərinin hərəkətini intiqam saydı

Bakıda çıxan bir qəzet Azərbaycan Respublikası sərhədçiləri tərəfindən iranlı bir əsgərin şəhid edilməsini intiqam xarakterli əməliyyat adlandırıb
well/Aran agentliyi

Yeni Müsavat qəzeti Azərbaycan Respublikası sərhədçiləri tərəfindən bir iranlı əsgərin şəhid edilməsinə görə İran İslam Respublikası hökumətinin Azərbaycan Respublikasına etiraz notası barəsində verdiyi məlumatda iddia edib ki, ötən 3 iyulda İran İslam Respublikası tərəfindən silahlı şəxslər Yardımlı rayonunun Arvana kəndi yaxınlığında Azərbaycan Respublikasının sərhədini pozmuş və gözlənilmədən Azərbaycan Respublikası sərhədçisinə doğru atəş açmışdılar. Nəticədə leytenant Quliyev Rüfət Firudin oğlu yaralanmış və xəstəxanaya çatdırılarkən yolda vəfat etmişdi.

Bakıda çıxan bu qəzet əlavə edib: O zaman Azərbaycan Respublikası hökuməti bu məsələni açıqlamasa da, ortada ciddi narazılığın olduğu üzə çıxmışdı. Bu hadisənin ardınca Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin İran İslam Respublikası ordusunun baş qərargah rəisi general-mayor Firuzabadinin ünvanına qəzəbli açıqlaması da ciddi bir narahatlığın olduğuna işarə idi. İran tərəfinin ötən gün Bakıya verdiyi etiraz notasından da aydın olur ki, öldürülən iranlı hərbçi olub və İran tərəfi bu hadisədən narahatdır!

İranlı hərbçinin silahsız yolu itirərək sərhədi keçdiyi bir halda Yeni Müsavat qəzeti Azərbaycan Respublikası sərhədçiləri tərəfindən bir iranlı hərbçinin şəhid edilməsinə dair öz məlumatında yazır: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastava xidməti ərazisində sərhədin pozulması müşahidə olunub. Bunun qarşısının alınması məqsədilə əraziyə əlavə sərhəd naryadları çıxarılıb və axtarış əməliyyatına başlanıb. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə hərbi geyimli sərhəd pozuçusu müşahidə olunmuşdur, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina etdiyinə görə ona qarşı Azərbaycan Respublikası sərhədçiləri silahdan istifadə ediblər və bu hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Qeyd etmək lazımdır ki, İranın məsul rəsmiləri Azərbaycan Respublikası sərhədçilərinin bu ədavətli hərəkəti barəsində xəbər yayımlamadıqları bir halda Bakı mediaları cümə axşamı günü İran İslam Respublikası və Azərbaycan Respublikasının müştərək sərhədində Azərbaycan Respublikası sərhədçiləri tərəfindən bir iranlı sərhədçinin qətlə yetirilməsini xəbər vermişdilər.

Bakı mediaları Azərbaycan Respublikası sərhədçilərinin bu cinayətini əsaslandırmaq üçün bu iranlı sərhədçinin sərhədi keçməsini iddia etmişdilər.

Bakı mediaları eyni zamanda xəstəxana adlandırdıqları məkanda bu iranlı əsgərin vəfat etdiyinə etiraf ediblər.

Bakı medialarının etirafına əsasən, bu iranlı sərhədçi 19 oktyabrda Azərbaycan Respublikası sərhədçilərinin gülləsinə tuş gəldikdən sonra oğurlanmış və "xəstəxanaya" aparılmışdır. Lakin xəstəxanada vəfat edib!

  • Yazılıb
  • da (də) 2011 Oct 23