Tarix : 2011 Oct 23
Kod 26136

Bakıda Qəddafiyə 3 mərasimi veriləcək?

Badamdarda Qəddafi üçün ehsan veriləcək
well/Aran agentliyi

Bakı sakini Elşən Mirzəliyev Liviya diktatoru Qəzzafinin ölümündən kədərlənərək onun adına ehsan verməyə hazırlaşır.E.Mirzəyev atacağı addım barədə belə danışıb:

 “Mən Bakıda yaşayıram. Özümün kiçik bir mebel sexim var. Bildirmək istəyirəm ki, Qəzzafinin vəhşicəsinə qətlə yetirilməsi mənə pis təsir edib. Söhbət onun kimliyindən, onun öz xalqı ilə rəftarının necəliyindən getmir. O pis idisə belə, bir insan idi”.

E.Mirzəliyev onu da bildirdi ki, sabah saat 6-da Badamdar qəsəbəsində, magistral yolun üstündə Qəzzafiyə 3 mərasimi verəcək: “Artıq bütün hazırlıqları görmüşəm. Onun ruhuna ehsan mərasimi təşkil edəcəm”.

azadxeber

  • Yazılıb
  • da (də) 2011 Oct 23