well/Aran agentliyi
Salam Allahın adıdı –
hər kim, hər nəsənsə salam!
Kim bilir bəlkə axırda
bu olacaq bizə qalan.
Amma hələ axıra var,
bu gün baş-başa durmuşuq.
Sən müstəntiq, mən islamçı –
bir-birimizi yormuşuq.
Necə gəldin vəzifəyə? -
bir sual ver qardaşına.
Deyər bu ölkədə hamı
pulla keçir iş başına.
Mən demirəm, öz qardaşın
bilir pula vuruşursan.
Harınlayıb Allahın da
işlərinə qarışırsan.
Neçə dindar həbsdədi
hicab üstə, haqq söz üstə?
İran-Turan yarlığıyla
can verirlər daş qəfəsdə.
Yalançının vicdanını...
Dindar silah-sursat yığır?
Narkotiklə şərlədiyin
oğlanların gözü axır?
Bəli, İslam savaşında
İran, Turan dəstəyi var.
Çünki başda duranların
dini boğmaq istəyi var.
Salam Allahın adıdı –
hər kim, hər nəsənsə salam!
Kim bilir bəlkə axırda
bu olacaq bizə qalan.
Başçıları qoy kənara,
sən ki haqqa maraqlısan.
Arabir yüz vurmağın var,
amma bu elin oğlusan.
Gəl danışaq kişi kimi,
söz fırladan girsin yerə.
Eurovision qapıda,
geylər dolacaq şəhərə.
Namusu əsir kişiyə
yeyib-içmək yaraşırmı?
Torpağından nefti soran
Qarabağı soruşurmu?
İndi bu kef, vurhavurda
din xofunun vardı yeri?
Atıb hicabı ortaya
doldurdular türmələri.
...Amma hələ axıra var,
bu gün baş-başa durmuşuq.
Sən müstəntiq, mən islamçı –
bir-birimizi yormuşuq.
Sabah İran-Turan dönsə
İslam adlı əziz yoldan
Allah bilir biz olacıq
pəncərəsin daşa basan.
Amma sənin ağaların
bu gün dinlə baş-başadı.
Bu rejimin cəhənnəmə
inan yolu birbaşadı.
Sənin kimi çinovniklər
yad xumara gedəsidi.
Ay müstəntiq, bu gədələr
gədələrin gədəsidi.
Salam Allahın adıdı –
hər kim, hər nəsənsə salam!
Kim bilir bəlkə axırda
bu olacaq bizə qalan.
Arzu Eyvazov