Bu gün Azərbaycan Respublikasından həcc zəvvarlarının ilk qrupu İran İslam Respublikası yolu ilə vacib həccə getməyə yola düşüblər
well/Aran agentliyi
Bu gün Azərbaycan Respublikasından həcc zəvvarlarının ilk qrupu İran İslam Respublikası yolu ilə vacib həccə getməyə yola düşüblər.
Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, 18 avtobusun yer aldığı ilk karvan Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola çıxıb. Avtobuslar artıq Biləsuvar rayonu ərazisindən İran sərhədini keçib. Karvanı İraq sərhədinə qədər İran təhlükəsizlik qüvvələri müşayiət edəcək.
26 avtobusun olacağı ikinci karvan oktyabrın 24-də yola düşəcək.
Zəvvarlar bu il Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs məkanları, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.