Tarix : 2011 Oct 25
Kod 26165

AİP sənəd tpolayır...

Akif Heydərli etiraz aksiyaları üçün yenidən meriyaya müraciət edəcəklərini də deyib. Sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasından şikayətçi olan Azərbaycan İslam ...
well/Aran agentliyi

Akif Heydərli etiraz aksiyaları üçün yenidən meriyaya müraciət edəcəklərini də deyib.

Sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasından şikayətçi olan Azərbaycan İslam Partiyası (AİP) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə vermək üçün sənədlər toplayır.

AİP sədrinin müavini Akif Heydərli “Media forum” saytına açıqlamasında deyib ki, etiraz aksiyasını sanksiyalaşdırması üçün meriyaya müraciət edən təşkilat komitəsinin üzvləri - partiyanın sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, sədr müavini Rövşən Əhmədov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verəcək: “Biz Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini aşdığını, vətəndaşların hüquqlarını pozduğunu düşünür, buna hüquqi qiymət verilməsini istəyirik”.

Akif Heydərli etiraz aksiyaları üçün yenidən meriyaya müraciət edəcəklərini də deyib.

Ötən həftə Bakı Şəhər İcra Hakimiyyəti AİP-in paytaxtda keçirmək istədiyi mitinqə yer ayırmaqdan imtina edib. AİP aksiyanı oktyabrın 22-də keçirmək istəyirdi. Mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narazılıq ifadə etmək, ölkədə islamofobiya hallarının qarşısı alınması, məhbus partiya rəhbərləri və ruhanilərin azadlığa buraxılması tələblərini səsləndirmək nəzərdə tutulurdu.

 

  • Yazılıb
  • da (də) 2011 Oct 25