Tarix : 2011 Oct 25
Kod 26168

Türkiyədə RƏM sistemlərinə qarşı etiraz aksiyası keçirilib

MAZLUMDER təşkilatçılığı ilə bu ölkədə NATO-nun Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin quraşdırılmasına etiraz aksiyası keçirilib
well/Aran agentliyi

Türkiyənin Malatya şəhərində İnsan Haqları və Məzlumlar Üçün Həmrəylik Dərnəyinin (MAZLUMDER) təşkilatçılığı ilə bu ölkədə NATO-nun Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin quraşdırılmasına etiraz aksiyası keçirilib.

Aksiyada "Türkiyə oyan, radara dirən", "İnsanlıq üçün burdayıq", "İsrailə qalxan olmayacağıq" kimi şüarlar və təkbirlər səsləndirilib.Qeyd edək ki, Türkiyə hökuməti ilə NATO arasında əldə olunmuş razılığa əsasən, NATO bu ölkədə RƏM sistemləri quraşdıracaq. RƏM sistemlərinin quraşdırılması planlaşdırılan bölgələrdən biri Malatya şəhəridir.

  • Yazılıb
  • da (də) 2011 Oct 25