Tarix : 2011 Oct 25
Kod 26172

Ordu sistemində dəyişikliklər gözlənilir

Azərbaycanın hərbi sisteminə dəyişikliklər təklif olunur
well/Aran agentliyi

Azərbaycanın hərbi sisteminə dəyişikliklər təklif olunur.

Silahlı qüvvələrin strukturunun optimallaşdırılması və ordunun fasiləsiz hazırlığını təmin etmək məqsədi daşıyan dəyişiklik layihəsi artıq bəzi instansiyalardan Simsar.az-ın əldə etdiyi məlumata görə, «Hərbi xidmət və hərbi icraat haqqında» qanun hazırlanan zaman bir neçə hərbi qurum hərbi komissarlıqların ləğv edilməsi, bu qurumun bəzi funksiyalarının Müdafiə Nazirliyi baş qərargahının səfərbərlik idarəsinə, digər funksiyalarının isə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə verilməsi məsələsini qaldırılıb. Müvafiq qurumların bununla bağlı müsbət rəy bildirdikləri söylənilir. Sözügedən qanunun Milli Məclisdə bu ilin sonuna qədər müzakirəyə çıxarılması planlaşdırılır. Artıq qanun layihəsi parlamentin payız sessiyasının iş planına da salınıb.

Yeni dəyişiklik təsdiq olunarsa, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti hər il ordu və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrin ehtiyaclarını öyrənərək onları lazımi ixtisaslı kadrlarla təmin edəcək. Bunun üçün Cəmiyyət təşkil etdiyi kurslarda sifariş əsasında çağırış yaşına çatmış gənclərdən ordunun ehtiyacına uyğun mütəxəssislər hazırlayacaq. Eyni zamanda, ordudan tərxis olunmuş kadrların – rabitəçi, sürücü, texnik, paraşütçü, pilot, snayper, tankist, alpnist, şturman, dalğıc və xüsusi təyinatlıların və s. Cəmiyyət tərəfindən uçotu aparılacaq. Yəni bu kadrlar ixtisasları üzrə Cəmiyyətin qeydiyyatında olacaq. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə bəzi bir sıra funksiyaların həvalə edilməsi, həmçinin bu qurumun rəsmi dövlət strukturu olaraq dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, hazırda MDB ölkələrindəki müvafiq qurumlar Ermənistan daxil olmaqla dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına maliyyələşdirilir. Azərbaycanda isə 1992-ci ildə Cəmiyyət təsərrüfat hesablı müəssisə elan edildiyi üçün dövlət tərəfindən maliyyələşmədən azad olunub. Hazırda KHVTİC tərəfindən orduya kömək məqsədi ilə sürücü, paraşütçü, snayper və mina mühəndisləri kursları təşkil olunur.

  • Yazılıb
  • da (də) 2011 Oct 25