Tarix : 2011 Oct 25
Kod 26175

Medvedyev : Rusiya Dağlıq Qarabağ münaqişənin ədalətli həllində az iş görməyib

Oktyabrın 24-də Rusiyaya rəsmi səfər edən Ermənistan prezidenti Serj Sərkisyan həmkarı Dmitri Medvedyevlə görüşüb
well/Aran agentliyi

Oktyabrın 24-də Rusiyaya rəsmi səfər edən Ermənistan prezidenti Serj Sərkisyan həmkarı Dmitri Medvedyevlə görüşüb. görüşdən sonra birgə mətbuat konfransı keçirən prezidentlər Dağlıq Qarabağ problemindən də danışıblar.

Medvedyev Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinin mühüm mövzu olduğunu vurğulayıb: "Biz Dağlıq Qarabağ ətrafındakı hazırkı vəziyyəti qiymətləndirdik. Mən əminəm ki, münaqişənin ədalətli həllinə siyasi yolla çatmaq mümkündür. Son illər Rusiyanın da iştirakı ilə bu istiqamətdə az iş görülməyib. Hesab edirəm ki, bundan sonra da Minsk qrupunun həmsədri qismində Azərbaycan və Ermənistan rəhbərliyi ilə birbaşa əlaqələrlə danışıqlar prosesinə kömək etməliyik".

Sərkisyan Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini hərtərəfli müzakirə etdiyini açıqlayıb: "Medvedyevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında on görüş baş tutub, üç bəyanat imzalanıb. Bu bəyanatlar kövrək sülhü qorumağa, ölkələr arasında etimad əlamətlərinin yaranmasına kömək edib. Rusiya, Fransa və ABŞ prezidentləri Akvilldə, Muskokda və Dövildə Dağlıq Qarabağ probleminin dinc yolla həlli üçün bəyanatlar veriblər. Bu gün mən Ermənistanın münaqişənin yalnız beynəlxalq hüquq prinsipləri əsasında dinc həllinin tərəfdarı olduğunu təsdiq etdim".

  • Yazılıb
  • da (də) 2011 Oct 25